Yelena Qladkova finala çıxdı
31 may 2014 13:55

Bakıda keçirilən atletika üzrə Avropa Təsnifat Turnirinin ikinci günündə daha bir idmançımız finala vəsiqə qazanıb. Azerisport.az xəbər verir ki, şüvüllə tullanmada Azərbaycanı təmsil edən Yelena Qladkova 3.65 metrə nəticə göstərməklə, seçmə mərhələni 9-cu sırada başa vurub.
Bu nəticə ilə idmançımız finala vəsiqə qazanmış 12 atlet sırasına daxil olub. Seçmə mərhələdə İsveçrə idmançısı Anjelika Mozer 1-ci sırada qərarlaşıb. Onun nəticəsi 3.80 metr olub.
Qeyd edək ki, final görüşləri sabah keçiriləcək. Medalla yanaşı, lisenziyaların sayı da finalda müəyyənləşəcək.