Bakı-2015-in iştirakçıları 239 dəst medal üçün yarışacaq
8 may 2014 15:14

2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunlarında yarış iştirakçıları 239 dəst medal uğrunda mübarizə aparacaqlar. Azerisport.az xəbər verir ki, bütövlükdə yarışlarda 6076 atlet iştirak edəcək.
Bakı-2015-i izləməyə isə təxminən 1 000 000 insanın gəlişi gözlənilir.
Yarışların keçirilməsi üçün 12 daimi, 8 müvəqqəti məkan müəyyənləşdirilib.