Bakı-2015-ə hazırlıq işləri barədə son məlumatlar AOK-un seminarında

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) yüksək vəzifəli üzvləri işlərin gedişi haqqında hesabatı Kipr Respublikasının paytaxtı Nikosiya şəhərində Avropa Olimpiya Komitələrinin (EOC)Seminarına təqdim etmişlər. Azerisport.az xəbər verir ki, seminar ötən gün Avropanın 49 Milli Olimpiya Komitəsini (MOK) salamlayan və cəmiyyətdə idmanın dəyərini vurğulayan Kipr Respublikasının Prezidenti cənab Nikos Anastasiades tərəfindən rəsmi şəkildə açıq elan edilmişdir.
Əməliyyatlar üzrə baş direktor cənab Saymon Kleq demişdir: “Biz ilk Avropa Oyunlarına ev sahibliyi etmək şərəfinə layiq görülməkdən məmnunluq duyuruq və Avropa Olimpiya Komitələrinin Seminarı Avropa MOK-na son aylarda nail olduğumuz əhəmiyyətli irəliləyiş haqqında məlumat vermək üçün əla imkandır.
“Biz böyük uğur qazanırıq və iyun ayının 12-də Yarışların Başlanmasına Bir İl Qalmasının qeyd edilməsinə yaxınlaşdığımıza görə bizim hazırlıq işlərinə nə dərəcədə nail olduğumuz barədə məlumat vermək mühüm əhəmiyyət kəsb edir.
“Biz Avropa Olimpiya Komitələri ilə qurduğumuz yaxşı əlaqədən faydalanırıq və ilk Avropa Oyunlarını keçirməyə hazırlaşdığımıza görə onlarla sıx əməkdaşlıq şəraitində işləməyi davam etdirəcəyik.”
Təqdimatda əsas diqqət Bakı 2015 komandasının 2013-cü ilin noyabr ayında Roma şəhərində AOK Baş Assambleyasında nümayəndələrə işlərin gedişi barədə məlumat verdikdən sonra ötən vaxt ərzində qazanılmış uğur üzərində cəmləşmişdir.
Son vaxtlar görülən işlər haqqında məlumatla yanaşı, gələn ay Bakı şəhərində keçiriləcək qarşıdan gələn Nümayəndə Heyəti Rəhbərlərinin (Chef de Missions) Seminarına hazırlıq işləri, birinci Bakı 2015 sınaq yarışlarının təfərrüatları və MOK ilə bağlı operativ məsələlər barəsində də məlumatlar verilmişdir.
Atletlərə Xidmətlər və Əməliyyatlar üzrə direktor Ceyms Makleod demişdir: “Biz son vaxtlar Avropa Oyunlarına hazırlıq işlərimiz ilə bağlı önəmli irəliləyişə nail olmuşuq və bu, Avropanın qalan hissəinə işlərimiz haqqında məlumat verməkdən ötrü əla imkan olmuşdur.
“Biz Avropa Olimpiya Komitələrinin çoxsaylı idman növlərini əhatə edən yarışın uğurla keçirilməsi konsepsiyasını gerçəkliyə çevirəcəyimizə inanırıq. O yarış ki, bütöv qitə ondan zövq alacaq və onlara işlərimizin gedişi barədə məlumat vermək lazımdır.”
Nikoziya şəhərində görüşlər zamanı Azərbaycan Respublikasının Gənclər və İdman naziri və BEGOC-un Baş İcraçı direktoru cənab Azad Rəhimov Bakı şəhərindəki yarış obyektlərinin tamamlanması ilə bağlı işlərin gedişi, qarşıdan gələn Gənclərin Avropa Olimpiya Sınaq Yarışları, Avropa Bədii Gimnastika Çempionatı və Yarışların Başlanmasına Bir İl Qalması ilə bağlı tədbirlər barəsində AOK prezidenti Patrik Hikiyə şəxsən məlumat vermək imkanına malik olmuşdur.
AOK-nin 35-ci görüşü olan Seminar həm də Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Olimpiya idman hərəkatının müvafiq qaydada idarə olunmasına dair Həmrəylik Forumuna ev sahibliyi edəcəkdir.