Bakı 2015 Olimpiya oyunları üçün 24182 sorğu blankı elektronlaşdırılıb
27 may 2014 12:48

Gənclər və İdman nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu (AzGF) və Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin birgə dəstəyi ilə Bakı və region təhsil müəssisələrinin tələbələri arasında bu möhtəşəm idman tədbiri ilə bağlı keçirilən rəy sorğusunun ilkin nəticələri bəlli oldu.
Ümumilikdə 105.000 tələbə-gəncin iştirak etdiyi sorğuda 24182 sorğu blankı elektronlaşdırılıb. Onlardan 12472 nəfəri kişi, 11714-ü isə qadındır. 4048 nəfəri 18 yaş, 6005 nəfəri 19 yaş, 9612 nəfəri 20 yaş, 2483 nəfəri isə 21 yaş həddindədir. Tələbələrdən 13584-ü Bakı 2015 Avropa Oyunlarında könüllü qismində iştirak etmək istəyində olduğunu bildirib ki, onlardan 6703 nəfəri kişi, 6.881nəfəri isə qadınlardır.
Bu günə olan statistikaya görə, sorğuda iştirak etmiş tələbə-gənclər arasında Avropa Oyunlarına daxil bu və ya digər idman növləri üzrə kişilər arasında 3941 nəfər güləşə, 3812 nəfər boksa, 3437 nəfər isə cudoya azarkeşlik etmək istəyini bildiriblər.
Statistikaya əsasən ən çox azarkeşlik edilən idman növləri aşağıdakılardır:
-
Voleybol - 9191 nəfər
-
Su idman növləri - 6555 nəfər
-
Bədii gimastika - 6059 nəfər
-
Velosiped - 5.485 nəfər
Qadınlar arasında isə 6059 nəfər voleybola, 4379 nəfər bədii gimnastikaya, 3646 nəfər isə su idman növlərinə azarkeşlik etmək istəyini bildiriblər. Sorğuda iştirak etmiş respondentlərə bir neçə idman növünü seçmək imkanı verilmişdir.
Cari ilin mayın 7-dən başlanmış sorğu və toplanmış anketlərin elektronlaşdırılması prosesi bu həftə ərzində yekunlaşacaq.
Qeyd edək ki, elektronlaşdırılmış bütün sorğu anketləri vahid məlumat bazasında toplanılır.
(AGİN mətbuat xidməti)