AYAA atletika üzrə Avropa Təsnifat Yarışlarını yüksək qiymətləndirib
4 iyun 2014 14:48
Avropa Yüngül Atletika Assosiasiyası Atletika üzrə Yeniyetmələr arasında Avropa Təsnifat Yarışlarının (EYOT) təşkil olunmasını yüksək qiymətləndirib. Azerisport.az xəbər verir ki, Assosiasiya Bakı 2015 Avropa Oyunlarında yüngül atletika yarışlarının keçiriləcəyini səbrsizliklə gözləyir.
Avropa Yüngül Atletika Assosiasiyasının baş vitse-prezidenti cənab Xose Lüis de Karlos (Mr Jose Luis de Carlos) cümə-bazar günləri arası, 30 may – 1 iyun tarixləri arasında Bakı şəhərində Tofiq Bəhramov stadionunda keçirilmiş üç günlük idman tədbirinin ``yüksək səviyyədə təşkil olunduğunu`` qeyd edib.
36 idman yarışlarında yarışan Avropanın ən yaxşı gənc idmançılarından ibarət 678 nəfərin iştirak etdiyi idman tədbiri Azərbaycanda yüngül atletika üzrə keçirilmiş ilk beynəlxalq yarış və gələn ilin 12 iyun tarixində başlanacaq Bakı 2015 Avropa Oyunlarından qabaq keçirilmiş ilk sınaq yarışları olmuşdur.
Cənab de Karlos demişdir: “Avropa Yüngül Atletika Assosiasiyasının azərbaycanlı dostlarının həyata keçirdiyi yüksək təşkilatçılıq səviyyəsinə görə özünü xoşbəxt hiss edirəm və bu bizdə gözəl təəsüratlar yaradır.
“Tədbirin təşkili üçün Azərbaycan Atletika Federasiyasına çox qısa vaxt verilmişdir, ancaq onlar işlərinin öhdəsindən çox gözəl gəldilər. İndi isə Avropa Oyunlarının bir hissəsi kimi Yüngül Atletika üzrə Komanda birinciliyi uğrunda Avropa Çempionatlığının 3-cü Liqasının müvəffəqiyyətlə həyata keçirilməsində sizinlə birgə çalışmağı səbrsizliklə gözləyirik.”
EYOT oyunlar zamanı yerinə yetirilməli olacaq bir neçə funksiyaları, o cümlədən nəqliyyat əməliyyatları, təhlükəsizlik, kənd və qida xidmətləri kimi funsksiyaları sınaqdan keçirməsi üçün Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinə (BEGOC) imkan yaratmışdır. Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq bunun dəyərli fürsət olduğunu vurğulamışdır.
Cənab Kleq demişdir: “Mən cənab de Karlosun təşkilatçılığı yüksək qiymətləndirməsindən şadam və bu cür yarışlara ev sahibliyi etməkdə həm Azərbaycan Atletika Federasiyasına (AAF), həm də BEGOC-a imkan yaratdığı üçün Avropa Yüngül Atletika Assosiasiyasına təşəkkürümü bildirmək istərdim.
“AAF ilə birgə çalışaraq biz bütün idmançıların və hakimlərin zövq alacağı müstəsna tədbir təşkil etdik. İlk sınaq yarışlarının uğurla keçirilməsi bütün kontinentin fəxr duyacağı Avropa Oyunlarının həyata keçirilməsində mühüm mərhələdir.
“Xüsusilə, 4 aylıq gərgin məşqlərdən sonra belə bir gözəl idman tədbirini həyata keçirən Azərbaycanın bütün 166 nəfər Texniki Rəsmilərinin də göstərdiyi töhfəni etiraf etmək istəyirəm.”
İdman tədbirinin uğuru azərbaycanlı idmançı Nazim Babayevin bazar günü keçirilmiş Oğlanlar arasında Üç qat Tullanma yarışı üzrə 16.14 metr məsafəyə tullanmaqla qızıl medal udmasında özünü göstərib.
Bundan əvvəl isə şənbə günü Qızlar arasında 3000 metr məsafəyə qaçış üzrə final yarışlarında Behafeta Hadiyes gümüş medala layiq görülmüş və Azərbaycanın yüngül atletika yarışlarını uğurla başa vurmasını təmin etmişdir.
AAF-ın prezidenti cənab Çingiz Hüseynzadə demişdir: “Azərbaycanın Yeniyetmələr arasında Avropa Təsnifat Yarışlarına ev sahibliyi etməsi bizim üçün fəxrdir və bu cür heyrətamiz uğur əldə etmək üçün Yerli Təşkilat Komitəsində hər kəsin göstərdiyi səylərdən şərəf hissi duyuram.
“Biz bütün idmançıları və komanda rəsmilərini Azərbaycanda qarşılamaqdan tamamilə zövq aldıq və onların hamısına gələcəkdə Gənclər arasında keçiriləcək Olimpiya Oyunlarında şöhrət qazanmaları üçün göstərəcəkləri cəhddə uğurlar arzulayırıq.”
Yarış müddətində ümumilikdə 931 nəfər idmançı və komanda rəsmiləri yeni tikilmiş Atletlər Kəndində qalmışdır ki, bu da Kəndin ilk dəfə olaraq operativ fəaliyyət qabiliyyəti baxımından testdən keçirilməsinə şərait yaratmışdır.
Yarış müddətində ümumilikdə 931 nəfər idmançı və komanda rəsmiləri yeni tikilmiş Atletlər Kəndində qalmışdır ki, bu da Kəndin ilk dəfə olaraq operativ fəaliyyət qabiliyyəti baxımından testdən keçirilməsinə şərait yaratmışdır.
Çərşənbə günü 28 may tarixindən bazar ertəsi 2 iyun tarixinədək idmançılara və komanda rəsmilərinə ümumilikdə 12,800 yemək xidməti və Atletlər Kəndi ilə Tofiq Bəhramov Stadionu arasında 469 avtobus nəqliyyatı xidməti göstərilmişdir.
Bakı 2015 qitə üçün maraqlı, cəlbedici, proqressiv, yeni multi-idman tədbiri kimi tarixdə görünməmiş ilk Avropa Oyunları olacaq və 2015-ci il iyun ayının 12-dən 28-nə qədər keçiriləcək.
Bak 2015 Avropa Oyunlarında atletlər ümumilikdə 19 idman növü üzrə qüvvəsini sınayacaq: bunlardan 16-sı Olimpiya idman növü və 3-ü qeyri-Olimpiya idman növüdür. 17 yarış günü ərzində 6000-dən çox idmançının öz ölkəsini təmsil edəcəyi gözlənilir.
İdman növlərinin doqquzu 2016-cı ildə keçiriləcək Rio De Janeyro Yay Olimpiadası üçün kvalifikasiya imkanları yaradacaq. Sözügedən idman növlərinə kamandan oxatma, atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.
Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (EOC) tərəfindən Bakı şəhərinə həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Oyunları EOC ilə əməkdaşlıq şəraitində təşkil edərək həyata keçirəcək.