Bakı 2015 Avropa Oyunları Rəsmi Bilet Satışı Tərəfdarını elan edir
5 iyun 2014 12:40
Bakı 2015 Avropa Oyunları Tickethour şirkətini Rəsmi Bilet Satışı Tərəfdarı kimi Avropa Oyunlarının sponsorluq proqramında salamlamaqdan məmnunluq duyur. Azerisport.az xəbər verir ki, Tickethour şirkəti müasir proqram təminatı sistemini və idarəetmə komandasını təmin edəcək və bununla Bakı 2015-ə Avropanın yeni çoxsaylı idman yarışları ilə bağlı təxminən 1 milyon bilet satmaqda imkan yaradacaq.
Bakı 2015 üçün bilet satışı proqramına 2015-ci ildə başlanacaq. Tickethour şirkəti şəhərin mərkəzində yerləşdirilən bilet kassaları ilə yanaşı biletlərin yalnız onlayn satışına cavabdeh olacaq.
Oyunlar 19 idman növü üzrə olmaqla və 20 müxtəlif idman obyektlərində 320-dən artıq idman sessiyaları baş tutmaqla 2015-ci ilin 12 iyun tarixindən 28 iyun tarixinə kimi keçiriləcək.
Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktrou cənab Saymon Kleq demişdir: “Biz Tickethour şirkətini Avropa Oyunları ilə bağlı bütün bilet satışı xidmətlərinin təchizatçıları kimi Rəsmi Tərəfdar sponsorlarımızın sırasında salamlamaqdan şadıq.
“Bizi qarşıda yalnız 12 aydan sonra həyata keçirilməli olan belə bir mürəkkəb bilet satışı əməliyyatının gözlədiyini nəzərə alsaq özümüzü xoşbəxt hiss edə bilərik ki, əsas çoxsaylı idman yarışları üçün yüksək səviyyəli bilet satışı xidmətlərinin göstərilməsində lazımi təcrübəyə və idman nailiyyətlərinə malik bir komanda ilə çalışırıq.”
Tickethour şirkətinin sədri cənab Corc Bolos (George Bolos) demişdir: “Bu, bizim üçün maraqlı və əhəmiyyətli işdir və biz bütün səylərimizi, bilik və təcrübəmizi Bakı 2015-in əlçatan, səmərəli və etibarlı bilet satışı sistemi ilə təmin edilməsinə sərf edəcəyik.
“Biz Azərbaycanda və Azərbaycandan kənardakı idman azarkeşlərinin yaddaqalan idman festivalından rahat şəkildə zövq almalarını təmin etmək istəyirik.”
Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin Direktoru Çarli Vijeratna əlavə etmişdir: “Səbirsizliklə növbəti 12 ayda Tickethour şirkəti ilə çalışacağımızı gözləyirik. Mən əminəm ki, onların dəstəyi ilə dünyanın hər yerindəki idman azaerkeşləri üçün ədalətli, funksional və uğurlu bilet satışı proqramını təmin edəcəyik.
“Eyni zamanda, onları Avropa Oyunlarının sponsorlardan ibarət ailəsində salamlamaqdan şadıq. İlk Avropa Oyunları üçün əməkdaşlıq dinamikası artmaqda davam edir. Biz çox qısa zamanda gələcək əlavə elanları gözləyirik.”
Tickethour komandasının üzvləri 2004-cü ildə Afinada keçirilmiş Olimpiya və Paralimpiya Oyunlarında uğurlu bilet satışı əməliyyatlarının həyata keçirilməsinə görə cavabdehlik daşıyıblar. Tickethour şirkəti Yunanıstanda, Afina şəhərində yerləşir və Avropa, ABŞ və Orta Şərqdə fəaliyyət göstərir. Şirkət hər il bir neçə milyon biletin satışını idarə edir və əsas qlobal idman yarışları ilə bağlı bilet satışı xidmətlərinin göstərilməsində uğurlu təcrübəyə malik olduğunu sübut etmişdir.
Bakı 2015 qitə üçün maraqlı, cəlbedici, proqressiv, yeni multi-idman tədbiri kimi tarixdə görünməmiş ilk Avropa Oyunları olacaq və 2015-ci il iyun ayının 12-dən 28-nə qədər keçiriləcək.
Bak 2015 Avropa Oyunlarında atletlər ümumilikdə 19 idman növü üzrə qüvvəsini sınayacaq: bunlardan 16-sı Olimpiya idman növü və 3-ü qeyri-Olimpiya idman növüdür. 17 yarış günü ərzində 6000-dən çox idmançının öz ölkəsini təmsil edəcəyi gözlənilir.
İdman növlərinin doqquzu 2016-cı ildə keçiriləcək Rio De Janeyro Yay Olimpiadası üçün kvalifikasiya imkanları yaradacaq. Sözügedən idman növlərinə kamandan oxatma, atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.
Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (EOC) tərəfindən Bakı şəhərinə həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Oyunları EOC ilə əməkdaşlıq şəraitində təşkil edərək həyata keçirəcək.
(Bakı-2015 mətbuat xidməti)