Bakı-2015: Son 300 gün!

Şənbə günü 16 avqust 2014-cü il tarixində Avropa Oyunlarının Açılış Mərasiminə 300 gün qalır. Azerisport.az xəbər verir ki, oyunlara ev sahibliyi edən şəhərdə geriyə sayım əlamətdar tarixə doğru irəlilədiyi üçün Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi Oyunların açılış mərasiminə dair əsas faktları və rəqəmləri təqdim edir.
Gələn il Azərbaycanda 6 mindən çox idmançı və 3 mindən çox komanda rəsmisi 239 medal və Avropa çempionu adı uğrunda yarışacaq.
Hal-hazırda BAOƏK-də dünyanın beş qitəsini təmsil edən və 33 müxtəlif milliyətdən olan 670 nəfər işçi çalışır.
2015-ci ilin 12 iyun tarixində keçiriləcək möhtəşəm Açılış Mərasimi bütün Avropanın qeyd edəcəyi 17 günlük idman bayramına başlanğıc verəcək.
Bakı 2015 Avropa Oyunları haqqında ən maraqlı faktlar və rəqəmlər:
* Açılış Mərasiminə 300 gün qalıb;
* 12 000 könüllü cəlb olunur;
* 49 Milli Olimpiya Komitəsi Avropa Olimpiya Komitəsinin üzvü kimi dəvət olunub;
* 19 müxtəlif idman növü üzrə yarış keçiriləcək;
* 17 günlük yarışlar baş tutacaq;
* BAOƏK-də 33 müxtəlif milliyətin nümayəndəsi çalışır;
* BAOƏK-də ümumilikdə 670 nəfər işçi var;
* Yarışlar ümumilikdə 20 arenada keçiriləcək;
* 239 medal təltif olunacaq;
* Atletlər Kəndində 3755 yataq otağı var;