Fotoreportaj|Video|На русском

Bakı-2015

Bakı-2015 üçün yeni baş ofisin rəsmi açılışı oldu

3 sentyabr 2014 13:15

Gələn il keçiriləcək birinci Avropa Oyunları ərəfəsində Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) bu gün dördüncü Avropa Olimpiya Komitələrinin (AOK) Koordinasiya Komissiyasını qəbul edir. Azerisport.az xəbər verir ki, AOK Koordinasiya Komissiyası komandasının üzvləri iki gün Bakıda olacaqlar.

Onlar gələn il keçiriləcək Avropa Oyunlarının yarış obyektlərinə səfər edəcək və BAOƏK-nin şöbə rəhbərlərindən yeni məlumatlar alacaqlar. AOK ilk dəfə olaraq ev sahibi olan şəhərin hər yerində nümayiş etdirilən yeni Bakı 2015 brendini görəcək və bu yaxınlarda yenilənmiş idman proqramı haqqında ətraflı məlumatlar əldə edəcək.

Bu gün Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş İcraçı Direktoru cənab Azad Rəhimov Avropa Olimpiya Komitələri Koordinasiya Komissiyasının sədri Spiros Kapralos və Komissiyanın hazırki üzvləri ilə birlikdə Bakı 2015-in yeni ofisin lent kəsmə mərasimində iştirak edib və yeni ofisin açılışını elan edib.

Mərasimdə, eyni zamanda, Azərbaycanın Bakı 2015-də nümayəndələri olacaq dörd nəfər Olimpiya çempionu iştirak etmişdir. Onlar 2004-cü ildə Afinada qızıl medal qazanmış Yunan-Roma güləşçimiz Fərid Mansurov, müvafiq olaraq 2000-ci il Sidney Oyunlarında və 2012-ci il London Oyunlarında qızıl medallar qazanmış sərbəst güləşçilər Namiq Abdullayev və Toğrul Əsgərov və 2000-ci il Sidney Oyunlarında stend atıcılığı üzrə qızıl medal qazanmış Zemfira Meftahətdinovadır.

Komissiya rəsmi olaraq cənab nazir Azad Rəhimov tərəfindən qarşılanmışdır. Nazir demişdir: “Bir daha bildirmək istəyirəm ki, AOK Koordinasiya Komissiyasını qəbul etmək bizim üçün şərəfdir. Azərbaycan hökuməti birinci Avropa Oyunlarının uğurla keçirilməsi və Avropanın elit idmançıları üçün böyük təcrübəyə çevrilməsi ilə tam şəkildə məşğuldur.

“Bu səfərlər birinci Avropa Oyunlarına gedən yolda həddindən artıq mühüm mərhələlərdir və biz növbəti iki gün ərzində təşkilatın bütün sahələri üzrə davamlı tərəqqimizi nümayiş etdirəcəyimizə ümid edirik.

“Avropanı unikal idman tədbirində birləşdirəcək yarışların həyata keçirilməsi istiqamətində son aylarda bir sıra vacib və əhəmiyyətli addımlar atmışıq.”

Cənab Spiros Kapralos əlavə edib: “Biz AOK Koordinasiya Komissiyasının Bakıda keçiriləcək 5 görüşündən dördüncüsündə iştirak etmək üçün Bakıya gəldiyimizə çox şadıq. Bakıya son səfərimizdən sonrakı 4 ay ərzində BAOƏK Bakı 2015-in hazırlıqları üçün bütün sahələrdə real işlər görüb. Xüsusilə də aprel ayında Komissiyasının müəyyən etdiyi kommersiya sponsorluğu və kommunikasiya sahələri inkişaf etdirilib.

“Oyunların açılış mərasiminə cəmi 282 gün qalıb və AOK ilə BAOƏK arasında keçirilən bu görüş Oyunlara hazırlıq üçün qalan vaxtın optimallaşdırılması üçün vacibdir. Bütün Komissiya böyük səbirsizliklə növbəti iki gün ərzində son uğurları və planları detallı şəkildə eşitməyi gözləyir.”

BAOƏK-nin yeni baş ofisi şəhərin mərkəzində Bakı bulvarına yaxın ərazidə yerləşir. Baş ofisin böyük açıq məkanları və yüksək səviyyəli texnoloji mühiti təşkilatın inkişafında növbəti mərhələni təmin edəcək.

Binanın ümumi tutumu 1057 nəfərlikdir və təxminən 11000 kvadrat metr ölçüyə malikdir. Orada 250 nəfərlik auditoriya, hər mərtəbədə üç kiçik mətbəx və bir neçə iclas otaqları, duş almaq üçün yerlər və namaz otağı var.

Hal-hazırda BAOƏK-in işçi qüvvəsi 20 şöbə və 769 işçidən ibrarətdir. 769 nəfərdən 468-i azərbaycanlı, 301-i isə 37 müxtəlif ölkəni təmsil edən əcnəbilərdi.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah