Bakı-2015-in Təşkilat Komitəsi nümayəndələri AMKF-də
4 sentyabr 2014 12:50

Bakı-2015 ilk Avropa Oyunları Təşkilat komitəsinin karate yarışları üzrə nümayəndələri hazırlıq işləri ilə bağlı növbəti dəfə Azərbaycan Milli Karate Federasiyasında olublar. Azerisport.az xəbər verir ki, Dmitri Çigenev və Aytən Zeynalova federasiya prezidenti Yaşar Bəşirov və baş katib Mircabbar Seyidov ilə görüşdə aparılan işlər və nəzərdə tutulan məsələləri müzakirə ediblər.
Federasiya rəhbərliyi onlara 12-13 sentyabr tarixlərində paytaxtımızda V "Baku Open" Beynəlxalq karate turniri ilə bağlı ətraflı məlumat verib. Bakı 2015 ilk Avropa Oyunları Təşkilat komitəsinin karate yarışları üzrə nümayəndələri qarşıdakı mötəbər turnirin təşkilati işlərini müşahidə edəcəklərini bildiriblər. (AMKF)