Erməni idmançılar Bakı-2015-də iştirak edəcəklər
5 noyabr 2014 20:30

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bəyan edib ki, 2015-ci ildə Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarında erməni idmançılar da iştirak edəcəklər. Azerisport.az xəbər verir ki, o, oktyabrın əvvəlində Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxla birgə İrəvana səfər edib.
Səfər çərçivəsində onlar Ermənistan prezidenti Serj Sarkisyanla görüşüblər. Hikki həmin görüşdə bu problemin yoluna qoyulduğunu bəyan edib: "Artıq bütün problemlər həllini tapıb. Erməni idmançılar Bakı-2015-də iştirak edəcəklər".