Fotoreportaj|Video|На русском

Bakı-2015

Bakı-2015 diplomatik brifinqə ev sahibliyi edir

14 noyabr 2014 18:20

Bu gün Bakı-2015 Avropa Oyunları Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri üçün diplomatik brifinqə ev sahibliyi etmişdir. Azerisport.az xəbər verir ki, Bakı 2015-in rəhbər şəxsləri İlk Avropa Oyunları ilə bağlı ən son yeniliklər və gələcəkdə ölkədə keçiriləcək idman yarışları haqqında beynəlxalq nümayəndələr qarşısında təqdimatlar keçirmişlər.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru və Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Azad Rəhimov nümayəndələr qarşısında çıxış etmişdir. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq İlk Avropa Oyunları haqqında ümumi məlumat vermişdir.

Cənab Rəhimov demişdir: “Diplomatik brifinq komandamız üçün gələn il keçiriləcək Bakı 2015 Avropa Oyunlarına hazırlıqlarla bağlı ən son yeniliklər haqqında diplomatik nümayəndəlikləri məlumatlandırmaq baxımından mükəmməl fürsət oldu.

Biz beynəlxalq aləmdə İlk Avropa Oyunlarına böyük marağın yaşanacağını bilirik, ona görə də diplomatik nümayəndələri hazırlıq işlərimiz barədə məlumatlandırmaq çox vacib hesab edilir.”

Bakı şəhəri, Fairmont Oteldə keçirilmiş görüşdə 60 ölkədən 100-dən çox nümayəndə iştirak etmişdir.

Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Könül xanım Nurullayeva Milli Olimpiya Komitələrinin Avropa Oyunlarında oynadığı rollar barədə danışmışdır.

Cənab Kleq demişdir: “Bu qədər diplomatik lideri burada, Bakı şəhərində bir arada toplamaq və onları Avropa Oyunları ilə bağlı ən son xəbərlər haqqında ətraflı şəkildə məlumatlandırmaq bizim üçün böyük şərəf oldu.

Qarşıdan gələn illərdə Azərbaycan mühüm idman yarışlarına ev sahibliyi edən və dünyanın buraya dəvət olunacağı mükəmməl idman mərkəzinə çevriləcək. Bizim beynəlxalq ictimaiyyəti burada mövcud olan imkanlar və əldə olunan irəliləyişlər barədə məlumatlandırmağımız vacib haldı".

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah