Bakı-2015 Avropa Oyunlarının brendi dünyada tanınır

Avropa Oyunlarının orijinal yeni brendi dünyanın böyük dizayn vebsaytı tərəfindən tanınıb. Azerisport.az xəbər verir ki, "Design Week" Avropa Oyunlarının avqust ayında buraxılmış yeni rəsmi brendini bir neçə başqa tanınmış şirkətlə birlikdə 2014-cü ilin ən böyük yeni tərtibatlarından biri adlandırıb.
Brend Bakı2015-in Əməliyyat Komitəsinin dizayn komandası tərəfindən Londonda yerləşən məşhur "SomeOne" agentliyi ilə birlikdə hazırlanıb.
Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq qeyd edib: “Mən Bakının küçələrinə yaraşıq gətirmiş və dünyada dərhal tanınmış Avropa Oyunlarının yeni tərtibatı üzərində işləmiş hər kəsi təbrik etmək istərdim. Brendimizin "Design Week" tərəfindən tanınması böyük nailiyyətdir və Avropa Oyunlarının dünyada populyarlığının daha da artmasına şərait yaradır".
Bakının təbii gözəlliyindən ruhlanan bu yaraşıqlı yeni obraz idman obyektlərinin, biletlərin, uniformaların üzərində və Avropa Oyunlarının bütün merçendayzinq vasitələrində nümayiş etdiriləcək. Yeni brendin mərkəzi elementi Azərbaycan folklorunda birliyin rəmzi olan nar ağacıdır. Bu ağacın budaqlarına isə müxtəlif idman növlərinin nəzərə çarpan piktoqramları ilə birlikdə ölkənin tarixi və mədəni simvolları birləşdirilib.
Bakı-2015-in kommersiya şöbəsinin direktoru cənab Çarli Viçeratna deyib: “Bu rəngarəng brend Avropa Oyunlarının dünyada tanınmasına xidmət edəcək marketinq fəaliyyətimizin mərkəzi hissəsidir. Biz innovativ və Bakı-2015-i təmsil edən fəaliyyətimizlə tanındığımız üçün fəxr edirik".
a