Fotoreportaj|Video|На русском

Bakı-2015

Atletikonun formalarında Bakı-2015-in loqotipi əks olunacaq

7 fevral 2015 14:50

Bakı-2015 Avropa Oyunları bu gün İspaniyanın "Atletiko" (Madrid) klubu ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, müqaviləyə görə, Madrid komandasının formalarında 2014-15 mövsümünün sonunadək UEFA Çempionlar Liqasının və İspaniya La Liqasının oyunlarında ilk Avropa Oyunlarının loqotipi əks olunacaq.

"Atletiko"nun hazırkı turizm mövzulu "Odlar yurdu Azərbaycan" (Land of fire Azerbaijan) sponsor loqotipi bu gün "Visente Kalderon" stadionunda keçiriləcək "Real"a qarşı oyununda yenilənəcək. 

"Atletiko"nun baş icraçı direktoru cənab Migel Anxel Gil Marin bildirib: “Oyunçularımız bu gündən etibarən mövsümün sonunadək böyük qürur hissi ilə Bakı-2015 loqotipli formaları geyinəcəklər. İlk Avropa Oyunları qitənin idman sahəsindəki inkişafında irəliyə atılan böyük bir addımdır. Biz İspaniya və Avropanın lider futbol klublarından biri olaraq bu Oyunları təbliğ etməkdən olduqca məmnunuq".

"Altetiko" hazırda ötən mövsüm La Liqadakı çempionluq uğurunu təkrarlamaq niyyətindədir və həmçinin futbol dünyasının ən nüfuzlu klub yarışı olan UEFA Çempionlar Liqasının ələmə mərhələsindədir. Klub İspaniyada çox populyardır və onların televiziyada yayınlanan matçları adətən Avropa və bütövlükdə dünyada milyonlarla tamaşaçı tərəfindən izlənilir.

Bakı-2015-in kommersiya direktoru cənab Çarli Viceratna bildirib: "Atletiko" İspaniyanın La Liqa çempionu və dünyanın ən tanınmış futbol klublarından biridir. Bakı-2015 loqotipinin onların formalarında əks olunması Avropa Oyunları haqqında məlumatlılığın, brendimizin dəyərinin və yaratdığımız təkanın artırılmasının innovativ yoludur".

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah