Qamze Başara Bakı-2015-də yarışmaq imkanı verildi
Türkiyəli qadın boksçu Qamze Başar Avropa Oyunları zamanı boks yarışlarında iştirak edəcək. Azerisport.az xəbər verir ki, Başar Bakı-2015 Avropa Oyunlarında Türkiyəni 60 kq çəki dərəcəsində təmsil edəcək.
Türkiyə Boks Federasiyası Başarın Azərbaycanda yarışmasına Rio 2016 Olimpiya Oyunlarına kvalifikasiya üçün hazırlanmağa yaxşı imkan yaratdığı fikrindədir.
"Avropa Oyunları Rio 2016 üçün yaxşı məşqdır. Bakıda əldə edəcəyimiz nəticələr bizə Rioya gedən yolda hansı mövqedə dayandığımızı göstərəcək" – deyə Türkiyə Boks Federasiyasının prezidenti Eyüp Gözgeç deyib.
Avropa Oyunları bütövlükdə Türkiyə boks ictimaiyyəti üçün vacib hədəf olduğunu deyən cənab Gözgeç belə əlavə edib:
"İdmançılarımız, məşqçilərimiz və federasiyamız bunun üçün gecə-gündüz ciddi-cəhdlə çalışırlar".