Çekkaroni Avropa Oyunlarında iştirak hüququ qazanmağa ümid edir
Taekvondo üzrə San Marino idmançısı Mişel Çekkaroni Bakı-2015-də yarışa bilmək üçün üçün məşq edir. Azerisport.az xəbər verir ki, Peruciada keçirilmiş regionlararası turnirdə Çekkaroni 68 kq çəki dərəcəsində qızıl medal əldə edərək Bakı-2015 Avropa Oyunlarında iştirak hüququnu əldə etməyə çox yaxınlaşıb.
Çekkaroninin Bakı-2015 tərəfindən iştirak üçün razılıq əldə edəcəyi hələlik məlum deyil.
Çekkaroni yaxşı formada qalmaq üçün məşq edir. O, bu yaxınlarda Serravalle şəhərində Daniele Leardini, Françesko Mayani, Luka Ciotti, Noah Francioni və Elias Lonfernini daxil olmaqla ölkənin taekvondo üzrə ən yaxşı idmançıları ilə mübarizə aparıb.
Onlar, 2012-ci il London Olimpiyadasının qızıl medal sahibi Karlo Molfetta və ikiqat Olimpiya çempionu Mauro Sarmiento daxil olmaqla yüksək səviyyəli italiyalı idmançıların nəzarəti altında məşq ediblər.