Şefere və Pope Bakı-2015-də iştirak edəcək
14 aprel 2015 21:30
Latviya Badminton Federasiyası, Bakı-2015-də iştirak edəcək qadın cütlüklərdən Kristine Şefere və Leva Popenin adlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, təklər arasında 190-cı yeri tutan Şefere, Bakı-2015 Avropa Oyunlarında iki statusda mübarizə aparacaq, belə ki, onun adı artıq qadınlar arasında təklər yarışında Latviya nümayəndəsi kimi açıqlanıb.
Şefere martın 26-da həlledici sıralamada Monika Radovskanı 193-cü sırada qoyaraq 186-cı yerdə qərarlaşıb.
Şefere və Pope hal-hazırda dünyada qadın cütlüklər arasında 130-cu yerdədilər.
Latviya tək, cüt və qarışıq kişi yarışlarında təmsil olunmayacaq.