Fotoreportaj|Video|На русском

Bakı-2015

Samboçular Avropa Oyunları barədə həyəcanlıdırlar

22 aprel 2015 20:00

Bir qrup samboçu Bakı-2015 Avropa Oyunları barədə öz təəssüratını bizimlə bölüşüblər. Azerisport.az xəbər verir ki, samboçuların Bakı-2015 Avropa Oyunlarından gözləntiləri əsəbilikdən həyəcan hisslərinə kimi müxtəlifdir və əksər oyunçular Bakı-2015-in, 14-18 may tarixlərində Xorvatiyada keçiriləcək Avropa Çempionatından daha vacib olacağını deyir.

Rumıniyalı samboçu Natalia Bueanu belə deyib: "Avropa Oyunları barədə fikirləşəndə mən əlbəttə ki, həyəcanlanıram. Bu, mövsümün ən ciddi yarışıdır və mən qızıl medal qazanmaq üçün əlimdən gələni əsirgəməyəcəm. Turnirdə ən yaxşı şəkildə fiziki hazırlıqlı olaraq çıxış etməyə çalışırıq".

Belaruslu samboçu Stsipan Papou öz həyəcanını belə dilə gətirib: "Hal-hazırda bütün məşqçilər Bakı-2015-ə görə çox həyəcan keçirir. Mən, əslində, bu turnirin nə cür olacağını bilmirəm. Bəlkə də onu dünya çempionatı ilə müqayisə etmək olar. Mənim hazırlığım, bütün təlimlər yalnız Avropa Oyunlarına həsr olunub. Dünya Kubokları və hətta Avropa Çempionatı buna hazırlıq yarışlarıdır".

Rumıniyalı qadın samboçu Daniela Hondiu, Papounun fikiri ilə razıdır: "Oyunlar mənim üçün çox vacibdir və ilin əsas yarışıdır. Mən hətta Avropa Çempionatını bu tədbir üçün hazırlıq mərhələsi kimi sayıram".

Belarus idmançısı Tatsiana Matsko sambo yarışlarının rəqabət baxımından çox gücləndiyini qeyd edib: “Demək olar ki, hər ölkədən olan idmançılarla mübarizə aparmaq get-gedə daha da çətinləşir. Turnirlərin sayı çoxdur və hər kəs mübarizə apararaq təcrübə qazanmaq istəyir,” - deyə Matsko bildirdi və belə əlavə etdi: "Əgər qalib gəlmək istəyirsənsə, təmkinli olmalı və addımbaaddım hazırlaşmalısan. Əlbəttə ki, bu böyük bir turnirdir və məqsədim qızıl medal qazanmaqdır".

Samboçuları Bakıda döşəkcədən kənarda da böyük imkanlar gözləyir. “Bu, hər şeyin çox böyük təəssürat doğurduğu Universiade kimi böyük bir turnirdir. Ona görə də bu oyunların da həqiqətən yüksək səviyyədə keçiriləcəyinə inanıram" - deyə latviyalı samboçu Arturs Çerņavskis bildirib.

Hondiou belə danışıb: “Bu mənim Azərbaycanda ilk çıxışımdır. Mən insanların döyüş idman növlərini sevdiklərini və idman sahəsində çox güclü bacarıqlarının olduğunu bilirəm. Stadionda çoxsaylı azarkeş və seyirçilərin bizə dəstək vercəyinə ümid edirəm".

Belarus idmançısı Katsiaryna Prakapenka bu fikirdədir: "Avropa Oyunları mənim üçün çox yenidir. Mən seyirçilər arasında çoxsaylı dostlarla və gərgin keçən yaxşı döyüşlərlə qarşılaşacağıma inanıram. Bakıda bir dəfə olmuşam. Gözəl şəhərdir, lakin onun tarixini görməyə bir gün kifayət etmir. Mən daha çox şey görməyə ümid edirəm".

Moldovalı Anna Repida xüsusən də rusiyalı idmançıların güclü rəqib olacağına inanır: "Hiss edirəm ki, rusiyalı rəqiblərim mənimlə görüşə hazırlaşırlar və ona görə də fiziki cəhətdən böyük görüşlərə hazır olmaq üçün fəndlər üzərində çox işləməliyəm. Əminəm ki, bu turnir çox yüksək səviyyədə keçiriləcək".

Fransalı samboçu Estelle Friquin belə danışıb: “Bu, mənim üçün çox böyük bir sınaq olacaq. Komandada olan hər kəslə sevinci paylaşmaq qeyri-adi olacaq".

Belarus idmançısı Alesia Staraverava bunları deyib: "Ümidvaram ki, mən bu Oyunlar zamanı ən üstün nəticə sərgiləyəcəyəm. Bilirəm ki, Avropa Oyunları hər bir idmançı üçün çox vacibdir".

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah