Fotoreportaj|Video|На русском

Bakı-2015

Bir gün ərzində uca dağlardan dəniz sahilinə qədər sevinc yürüşü

1 may 2015 21:00

Bakı 2015 Avropa Oyunlarının alovu Azərbaycanın Cənub bölgəsinə səyahəti çərçivəsində möhtəşəm Lənkəran festivalından sonra, uzunömürlülər diyarı, paytaxtdan 325 km aralıda yerləşən Lerikə yol alıb. Azerisport.az xəbər verir ki, tədbirin əsas hissəsində, ağırlıqqaldıran Rafiq Əliyevin yürüşü ilə başlayan məşəl estafetində, idman hakimi Natiq İsaqov, məşqçilər Zaur Səfərov (taekvondo) və Cavid Seyfullayev (yunan-Roma güləşi), veteran idmançı, arxeoloq Baləli Rzayev, ictimai fəallar Samir Salayev və Zamiq Əhədov, Mübariz Muradov, bədən tərbiyəsi və idman mütəxəssisləri Elşən Ağayev və İlham Zülfiyev iştirak etdilər.

Estafetin birinci yürüşçüsü olmuş Rafiq Əliyev Oyunların alovunun bölgələrə səyahəti ilə bağlı ürək sözlərini bölüşdü: «Birinci Avropa Oyunlarının həyacanı Lerıkdə də yaşandığı üçün çox sevinirəm. Bakı 2015-in məşəlini daşıdığım üçün xüsusi qurur hissi keçirirəm. Axı bu, hər kəsə nəsib olmur və mən artıq bu nəhəng idman tədbirinin iştirakısıyam. Əlbəttə, əsas həyəcanlı günlər hələ qarşıdadır: səbirsizliklə bu möhtəşəm idman bayramımın açılışını və komandamızın yarışlarda çıxışını gözləyirəm».

Rayon mərkəzindəki Heydər Əliyev meydanında qonaqların və yerli sakinlərin iştirakı ilə qarşılanma mərasimi keçirildi. Tədbirə toplaşanlar Avropanın ilk çoxnövlü kütləvi idman tədbirinə Azərbaycanın ev sahibliyi etməsindən duyduqları qürur hissini paylaşdılar.

Estafet iştirakçıları daha sonra 2010-cu ildə açılışında Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi Uzunömürlülər muzeyində Lerikin fəxrlərinə həsr olunmuş stendlər, şəxsi arxivlərdən materiallar, eksponatlar və müxtəlif dövrələrə aid əmək və məişət əşyaları ilə tanış oldular, adət-ənənəyə uyğun olaraq, rayonun qocaman sakinlərinin xeyir-dualarını aldılar. Yeri gəlmişkən, 1973-cü ildə 168 yaşında vəfat etmiş yerli çoban Şirəli Müslimov bu rayonun fəxri sakinlərindən olub. Hazırda rayonda yaşı 100-ü ötmüş, lakin əmək qabiliyyətini saxlamış onlarla insan yaşayır. 

Lerikin zəngin təbiətinin seyri ilə yanaşı, rayonda geniş inkişaf etdirilən arıçılıq sahələri ilə tanışlıqdan sonra, günün ikinci yarısında, məşəl zəngin meşəli Talış dağları ilə Xəzər dənizi arasında yerləşən Astaraya çatdırıldı.

Tarixi İpək yolu üzərində yerləşən qədim Astarada alovqoryuanların müşayiəti ilə keçirilən məşəl yürüşündə atletika üzrə Azərbaycan çempionları İlham Sadıqzadə, Mərziyə Məmmədova və Arif Qeybiyev, sərbəst güləş məşqçiləri Məhərrəm Ağayev və Qəhraman Əhmədov, həndbolçu Bəsirə Əliyeva, boksçu Ülvin Qənbərov, voleybolçu Anar Qulamov, gənc fəal Aytac Tağızadə iştirak etdilər və beynəlxalq dərəcəli hakim, məşqçi Fikrət Qafarov səhnədə alov çırağını yandırdı.

Astara görkəmli şərqşünas, II Dünya müharibəsində ağır, lakin örnək ola biləcək döyüş yolu keçərək, Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüş Ziya Bünyadovun və bəstəkar Oqtay Kazımovun doğulduğu məkan kimi tanınsa da, idmançıları ilə də qürur duyur. Atletikanın uzunluğa tullanma proqramı üzrə SSRİ rekordçusu, 1952-ci il olimpiya oyunlarının iştirakçısı Xandadaş Mədətov, hərbçilərin dünya çempionu, ikiqat Avropa çempionu, Azərbaycanın Əməkdar məşqçisi, sərbəst güləşçi Aslan Ağayev və dünya çempionatının gümüş mükafatçısı Nadir Həmidov, sərbəst güləş üzrə ikiqat Avropa çempionu, «Qızıl qran-pri»nin ikiqat qalibi, gənclərin dünya çempionu, ustalar arasında dünya çempionatının bürünc medalçısı, 2012 ci il London Yay Olimpiya Oyunlarının iştirakçısı Cəbrayıl Həsənov və Avropa çempionu, dünya çempionatının gümüş və bürünc medalçısı, «Qızıl qran-pri» qalibi olan güləşçi Sona Əhmədli Azərbaycan idmanının tanınmış simalarıdır.

Məşəl estafetinin iştirakçısı olmuş sərbəst güləş məşqçisi Məhərrəm Ağayev təəssüratlarını paylaşdı: «Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi məni hədsiz sevindirir. Vaxtında atılmış gözəl addımdır. Belə bir təşəbbüs irəli sürüb Azərbaycanı belə tarixi hadisənin ilk məkanına çevirənlərə təşəkkürümü bildirirəm. Axı, bu, təkcə bizə bəxş edilmiş bayram sevinci deyil?! Azərbaycan Prezidenti İlham Əliyev idmanımız üçün çox işlər görür. Bir idman mütəxəssisi, bu yeniliklərin şahidi kimi, ona dərin təşəkkürümü bildirirəm».

İdman ənənələri olan Astaranın dəniz kənarı boyunca salınmış parkında keçirilən qarşılanma mərasimində rayon sakinləri ilə səmimi söhbət edən estafet iştirakçıları astaralıların da bu hərəkata qoşulmasından məmnunluqlarını ifadə etdilər.

Qədim Astarada estafet iştirakçıları alovqoruyanların müşayiəti ilə Ərçivan kəndində yerləşən möcüzəli «Yanar bulaq» kükürdlü su qaynağına gətirildi və burada xatirə şəkilləri çəkdirildi.

Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.

Məşəl Cənub zonasına səyahətini mayın 2-də davam etdirərək, Yardımlı və Masallı rayonlarına gətiriləcək.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah