Bakı-2015 Təşkilat Komitəsinin nümayəndələri ilə karate yarışlarının iştirakçıları yenidən bir araya gəldi
Bakı-2015 1-ci Avropa Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri ilə karate yarışlarının iştirakçıları yenidən görüşüblər. Azerisport.az xəbər verir ki, "İnter Arena"da federasiyanın təlim-məşq bazasında baş tutan görüşdə Avropa Oyunlarında karate yarışlarının meneceri Dmitri Çigenev və texniki-əməliyyatlar meneceri Ana-Maria Stratu qarşıdakı məsul yarışla bağlı növbəti dəfə ətraflı məlumat verib.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, vitse-prezident Yusif Məmmədov və baş məşçqi Rəhman Hətəmov idmançılara Avropa Oyunlarının böyük məsuliyyət tələb etdiyini bir daha xatırladıb. Bütün rəqiblərin məlum olduğu, oyunlara son dərəcə ciddi diqqət edilməsinin vacibliyi tapşırğı verilib. Milli komandanın üzvlərini maraqlandıran suallara cavab verilib.
Mayın 18-də Bakı Kristal zalında karate üzrə test yarşının keiriləcəyi bildirilib və bununla bağlı məsələlər müzakirə olunub. Avropa Oyunlarında karate yarışları 13-14 iyun tarixlərində olacaq.