Fotoreportaj|Video|На русском

Bakı-2015

Bakı-2015 Alovu Goranboy və Naftalana da çatdı

14 may 2015 22:00

Bakı-2015-in Alov Səyahəti iştirakçıları bu gün, mayın 14-də iki dağətəyi rayonda hərarətlə qarşılandılar. Azerisport.az xəbər verir ki, günün birinci yarısında Goranboyda, axşam saatlarında isə Naftalan şəhərində məşəl estafeti keçirildi.

Bakı şəhərindən 322 km məsafədə Azərbaycanın qərb bölgəsində kiçik Qafqazın şimal-şərq ətəklərində yerləşən Goranboy rayonunun əhalisinin sayı 112 min nəfər, ərazisi isə 1700 km2-dir. Goranboy idmançıları son illərdə bir çox nailiyyətlər qazanıblar. Bunlardan, gənclər arasında Avropa çempionu, 2 yeni rekordla tələbələrin 27-ci Universiadasının (Kazan, Rusiya) ağırlıqqaldırma yarışlarının qalibi olan Firudin Quliyevi və yunan-Roma güləşçisi, gənclər arasında dünya və Avropa çempionatının qalibi, Sinqapurda keçirilmiş Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalını qazanmış Elman Muxtarovu xüsusi qeyd etmək olar.

Heydər Əliyev prospektində məktəblilərin xüsusi avazla dilə gətirdikləri “Yaşa, yaşa, Azərbaycan” şüarlarının sədaları altında başlayan məşəl estafeti 4,03 km məsafəni əhatə etdi. Yürüşə başlayan fəal gənclərdən Xəyal Hüseynov, ardınca Elşad Ətai, Elvin Əliyev, Samir Nəcəfov, Nicat Məmmədov, Xalid Rzayev, Vüsal Rəsulov, Əflatun Məmmədov və Allahverdi İsmayılov estafeti qəbul etdilər. 

Qarşılanma mərasimi üçün bəzədilmiş parkda başda sonuncu məşəlçi Əməkdar məşqçi, karate üzrə üçqat dünya və iki dəfə Avropa çempionu Yalçıın Qarayev olmaqla, qrup Heydər Əliyev parkına daxil olaraq, burada quraşdırılmış səhnənin ətrafına gəldi. Məşəlçilər yerli sakinləri salamladıqdan sonra, sonuncu məşəlçi səhnəyə qalxdı və alov çırağını yandırdı.

Məşəl yürüşündə iştirak etmiş dünya çempionu Yalçın Qarayev təəssüratlarını belə ifadə etdi: “Məşəl estafetinin Goranboya gəlişinə şadıq. Birinci Avropa Oyunlarının məşəlini daşımaq mənim üçün ömürlük xatirə olacaq. Əminəm ki, idmançılarımız ölkəmizi layiqincə təmsil edəcəklər. Bir karate mütəxəssisisi kimi, idmançılarımıza yaxından azarkeşlik edəcəyəm. Milli komandanın lideri Rafael Ağayevin qızıl medal qazanacağına heç bir şübhəm yoxdur”.

Atəşgah məbədində ilk məşəlin alovlandırılması barədə videoçarxın ardınca məşəlçilər tribuna ətrafına gəldilər. Yandırılmış çırağı rayon ictimaiyyətinə yunan-Roma güləşi üzrə yeniyetmələr arasında dünya çempionu Elnur Həsənov təhvil verdi. Səmaya sülhün rəmzi olan göyərçinlər, dostluğu rəmz etdirən şarlar buraxıldı.

Daha sonra elə burada, Heydər Əliyev Mərkəzinin qarşısında xatirə fotoşəkilləri çəkdirildi. Mərkəzlə tanışlıq oldu. Bakı 2015-in daha bir çırağı burada qorunacaq və Oyunların bağlanış mərasiminədək söndürülməyəcək. Mərasim başa çatdıqdan sonra, məşəl karvanı Naftalan şəhərinə üz tutdu.

Naftalan 1935-ci ildən rəsmən kurort kimi qeydə alınıb. 1957-ci ildən isə il boyu fəaliyyət göstərir. Ümumiyyətlə, Naftalan 1967-ci ilə kimi Goranboy və Yevlax rayonlarının tərkibində qəsəbə olub. 1967-ci ildə ona əhəmiyyəti nəzərə alınaraq, Respublika tabeli şəhər statusu verilib. Cəmi iki kəndi olan və əhalisinin ümumi sayı 9737 nəfərə çatan (01.01.2015) Naftlan Bakıdan 330 kilometr aralıda, hündür dağların və təpələrin kəsişdiyi Kiçik Qafqazın dağətəyi bölgəsində dəniz səviyyəsindən 225 m yüksəklikdə yerləşir.

Naftalanda  məşəl estafeti 4,25 km məsafəni əhatə etməklə, Şirvan küçəsində - Bayraq meydanında quraşdırılmış tağdan keçməklə başlandı. Birinci məsafəni ictimai fəal gənclərin təmsilçisi kimi Tural Məmmədov qət etdi. Onun ardınca, növbə ilə bu mərasimdə Rahim Muradov, Zaur Məmmədov, Xəyal Abdullayev, Nazim Abdullayev, Vasif Mustafayev, Elman Şərəfxanov, Elman Kamalov, Samir Qocayev və Bakı 2015-in rəsmi tərəfdaşı “Coca Cola”nın nümayəndəsi Lətif Bayramov iştirak etdilər. 

Yol üzərində yerləşən “Çinar” mehmanxanasının qarşısında dəvə karvanı abidəsi önündə xatirə şəkilləri çəkdirildi. Mərasim S.Qurbanov küçəsi ilə davam edərək, qarşılanma üçün bəzədilmiş parkda quraşdırılmış səhnədə başa çatdırıldı. Sonuncu məşəlçi cüdo üzrə ölkə çempionatının bürünc medalçısı Fuad Əliyev qrupun digər üzvlərinin müşayiəti ilə səhnənin ətrafına gəldi və burada yerli ictimaiyyəti salamladı.  Sonra o, səhnəyə dəvət olundu və alov çırağını yandırdı. Atəşgah məbədində ilk məşəlin alovlandırılması barədə videoçarx təqdim edildikdən sonra yandırılmış çırağı rayon sakinlərinə 1 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Lalə Nəbizadə nümayiş etdirdi. Çıraq Avropa Oyunlarının sonuna qədər söndürülməyəcək və onu Heydər Əliyev Mərkəzində saxlayacaqlar.

Məşəl estafetini yekunlaşdıran idman ustası Fuad Əliyev ürək sözlərini dilə gətirdi: “Məşəl estafetində iştirak etdiyimə görə çox sevinirəm. Bakı 2015 böyük idman tədbiri, əlamətdar hadisədir. Bunu biz idmançılar daha yaxşı anlayırıq. Birinci Avropa Oyunları tək idman tədbiri olmayacaq, elə bu məşəl estafetindən də gördüyümüz kimi, ölkəmizin gözəlliyini bütün dünyaya göstərəcək. Dövlətimiz bizə – gənclərə, idmançılara hər bir şərait yaradıb. Belə heyrətamiz məmləkətdə yaşamaqla yalnız qürur duymaq olar. Bu böyük bayram münasibətilə hər bir azərbaycanlını təbrik edir və Avropanın ilk Oyunlarına ev sahibliyi etdiyimiz üçün fəxr edirəm”.

Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.

Məşəl estafeti mayın 15-də Göygöldə olacaq və sonra qədim Gəncədə Alov festivalı ilə günə yekun vurulacaq.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah