Fotoreportaj|Video|На русском

Bakı-2015

Türk güləşçi Taha Akgül Bakı-2015-in elçisi oldu

15 may 2015 12:30

Bakı 2015, Türkiyə çempionu, güləşçi Taha Akgülün 12 iyunda start götürəcək Birinci Avropa Oyunlarının İdman Elçisi seçildiyini açıqlayıb. Azerisport.az xəbər verir ki, 120 kq çəkidə sərbəst güləş üzrə Avropa və dünya çempionu Taha Akgül, ardıcıl olaraq, 2012, 2013 və 2014-cü illərdə öz çəkisində güləş üzrə Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qitə çempionu adını qazanıb. O, həmçinin, 2013-cü ildə güləş üzrə dünya çempionatında bürünc medalın sahibi olub.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq dedi: “Biz, Taha Akgülü Bakı 2015-in beynəlxalq İdman Elçisi kimi salamlamaqdan məmnunuq. Birinci Avropa Oyunlarında onun kimi bacarıqlı və təcrübəli idmançıların iştirakı, iyun ayında necə mötəbər tədbirin şahidi olacağımızın mükəmməl sübutudur”.

“Tahanın bu günə qədər elə də uzun olmayan karyerası ərzində qazandığı müvəffəqiyyətlər, onun idmana verdiyi töhfəsini əks etdirir. Təmsil etdiyi idman növü üzrə Birinci Avropa Oyunlarının çempionu adını qazanmaq üçün yarışacağı günü səbirsizliklə gözləyirik”.

Bakı 2015-in İdman Elçiləri mübarizə apardıqları idman növünü təmsil edəcək, Avropa Oyunlarının təbliği üçün qitədə və sosial mediada aparılan marketinq kampaniyalarına qoşulacaqlar.

Atası və qardaşı da güləşçi olmuş Taha Akgül dedi: “Mən, Birinci Avropa Oyunlarının İdman Elçisi olduğum üçün çox həyəcanlıyam. Bir ay boyunca Bakıda mübarizə aparacağım günü səbirsizliklə gözləyirəm. Bakı 2015-də ölkəmi təmsil etmək mənim üçün şərəfdir və mən, mübarizə apardığım kateqoriya üzrə Birinci Avropa Oyunlarının çempionu olmaq üçün bütün gücümü səfərbər edəcəyəm”.

Türkiyə Olimpiya Komitəsinin prezidenti professor Uğur Erdener isə bunları bildirdi: “Taha çox uğurlu idmançıdır və onu Bakı 2015-in Elçisi kimi görməkdən məmnunam. Avropanın hər bir yerində Bakı 2015 Avropa Oyunlarını və güləşi təbliğ edərək mükəmməl iş görəcəyinə şübhə etmirəm”.

Taha Akgül, alman stolüstü tennisçi Dmitri Ovtçarov, yunan qılıncoynadan Vasiliki Vuguka, irland boksçu Keti Teylor, Böyük Britaniyanın taekvondo komandasının üzvü Ceyd Cons, fransız bədii gimnast Kseniya Mustafayeva, danimarkalı avarçəkən Rene Holten Pulsen və Serbiyanın Duşan Domoviç Bulut, Marko Savic, Marko Zdero və Dejan Majstoroviçdən ibarət 3x3 basketbol komandası, polşalı dağ velosipedçisi Maya Vloşçovska, italiyalı qılıncoynadan Nikolo Kampriani və Rusiyanın çimərlik futbolu idmançıları Andrey Buxlitski, İlya Leonov və Anton Şkarindən sonra, Bakı 2015-in növbəti beynəlxalq İdman Elçisi oldu.

Bakı 2015-in güləş yarışları, iyunun 13-dən etibarən, 6 gün ərzində Heydər Əliyev adına İdman Arenasında keçiriləcək və 480 idmançı, 24 medal uğrunda öz kateqoriyaları üzrə mübarizə aparacaqlar. Heydər Əliyev adına İdman Arenası, eyni zamanda, cüdo və sambo yarışlarına da ev sahibliyi edəcək.

Biletləri, Park Bulvar, 28 Mall və Metro Park alış-veriş mərkəzləri də daxil olmaqla, birbaşa Bakının 12 müxtəlif əlverişli nöqtəsində quraşdırılmış bilet satış məntəqələrindən yaxud www.baku2015.com/tickets internet səhifəsindən onlayn qaydada almaq olar.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah