Fotoreportaj|Video|На русском

Bakı-2015

Azərbaycanın daha 2 rayonu məşəllə tanış oldu

16 may 2015 22:00

Bakı-2015 Alovu mayın 16-də Daşkəsən və Samux rayonlarına səyahət etdi. Məşəl estafeti əvvəlcə Daşkəsən şəhərində oldu. Azerisport.az xəbər verir ki, əsasən, dəmir filizi yataqlarının istifadəyə verilməsi ilə əlaqədar 1948-ci ildə yaradılmış, Kiçik Qafqazın şimal-şərqində yerləşən Daşkəsənin cəmi 34 min nəfər (01.01.2015) əhalisi var. Səthi şimala doğru alçalan dağlarla əhatə olunduğu üçün olduqca mənzərəli, yaz-yay, payız mövsümlərində aşıb-daşan dağ çayları ilə zəngindir. 

Daşkəsəndə məşəl karvanının ilk dayanacağı Heydər Əliyev prospektində yerləşən Fərhad abidəsinin önü oldu. Burada ecazkar təbiətin, füsunkar dağların, şəhərin görünüşü vahid kompozisiya ilə birləşir və əbədi xatirə üçün gözəl mənzərə yaradır. Elə buradan Xəqani Abdullayevin başladığı estafet 2,04 km məsafəni əhatə etdi. Vüqar Məmmədov, Səlim Abbasov, Roman Tağıyev, Vüsal Haqverdiyev, Mahir İbrahimov, Kənan Bağırov, Xəyal Qocayev və Zaur Sadıqov yol boyu məşəli bir-birinə ötürüb sonucu məşəlçiyə çatdırdılar. Səməd Vurğun və İsmət Qayıbov küçələrindən keçməklə, yenidən Heydər Əliyev prospektindən ulu öndərin adını daşıyan meydana daxil oldu. Məşəlçilər sonuncu estafet iştirakçısı Zaur Həsənovun ardınca burada quraşdırılmış səhnənin ətrafına gəldilər və yerli sakinləri salamladılar. Aparıcının dəvəti ilə sonuncu məşəlçi səhnəyə qalxaraq çırağı alovlandırdı.

Məşəl yürüşündə iştirak etmiş Zaur Həsənov: “Məşəl estafet hər bir rayonda təntənəli keçirilir. Bu tarixi hadisəni haqlı olaraq xüsusi qeyd edirik. Yunanıstan Olimpiya Oyunlarının vətəni kimi tanınır, Azərbaycan da ilk Avropa Oyunlarını keçirməklə tarixə düşəcək. Belə möhtəşəm tədbirləri yalnız xəyallarımızda görürdük. İndi bu heyrətamiz idman bayramı ölkəmizi qarış-qarış gəzir. Bir yunan-Roma güləşi mütəxəssisi kimi, olimpiyaçılarımızın Bakı 2015-də yüksək uğur qazanacağına inanıram”.

Atəşgah məbədində ilk məşəlin alovlandırılması və Bakı 2015-in rəmzinə çevrilmiş videoçarxlar yayımlandı. Sonra məşəlçilər yenidən təqdim olunaraq, səhnəyə dəvət olundular. Yandırılmış çırağı rayon ictimaiyyətinə 10-cu sinif şagirdi, 16 yaşlı Elməddin Əliyev təhvil verdi.

Mərasim başa çatdıqdan sonra məşəl karvanı Azərbaycanın ən yeni rayonlarından olan Samuxa yollandı. 2008-ci ildə Nəbiağalı qəsəbəsi və Kolayır kəndinin birləşdirilməsindən yaradılmış Samux Kür çayının sağ və sol sahillərindəki düzənliklərdə yerləşir. Ərazisi 1455 km2, əhalisi 57.3 min nəfər (01.01.2015) olan Samux, quru-kontinental iqlimə malikdir.

Samuxda məşəl estafetinə Heydər Əliyev parkının əsas girişində start verildi. Anar Cəlilovla başlayan estafet, ümumilikdə 3,8 km məsafəni əhatə etdi. Heydər Əliyev prospekti ilə davam edərək, N.Nərimanov, E.Məmmədov, M.Ələkbərov küçələrindən də keçməklə, yenidən Heydər Əliyev prospekti ilə aparıldı. Məşəli Anar Cəlilov, Babək Nəsibov, Rasim İmamquliyev, Gülnar Mustafayeva, Yeganə Mustafayeva, Rüfət Ağayev, Qalib Bayramov, Röyal Əliyev, İsbəndiyar Quliyev, Babək İsmayılov, Vüqar Bayramov və İsmət Xəlilov daşıdılıar. Heydər Əliyev parkında quraşdırılmış səhnə qarşısında məşəlçilər alqışlandılar və sonuncu məşəlçi Elnur Salamov səhnəyə qalxaraq rayona hədiyyə edilən Bakı 2015 çırağını alovlandırdı. Çırağı rayon sakinlərinə Gəncə Dövlət Universitetinin 1-ci kurs tələbəsi Aytac Məmmədova rayon ictimaiyyətinə təqdim etdi. 

Məşəlçi Rüfət Ağayev ürək sözlərini belə ifadə etdi: “Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi qürurludur. Bir idmançı kimi bu tədbirə çox sevinirəm. Bütün olimpiyaçılarımıza uğurlar arzulayıram. Rayonumuzun 10 məşəlçisindən biri olacağını gözləyirdim. Uzun müddətdir idmandayam, böyük nailiyyətlərim olub. Bunun nəticəsində ölkə başçısı tərəfindən də mükafatlandırılmışam. Pauerliftinq üzrə dəfələrlə dünya və Avropa çempionu olaraq bildirirəm ki, Bakı 2015-in proqramına 4 qeyri-olimpiya idman növünün salınmasını alqışlayıram”.

Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.

Alov səyahətinin 3-cü həftəsinin əsas məqamlarını əks etdirən videonu bu keçiddən izləyə bilərsiniz http://we.tl/ImGokcohAM

Növbəti məşəl estafeti mayın 18-də Qazax və Ağstafa rayonlarında keçiriləcək.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah