Fotoreportaj|Video|На русском

Bakı-2015

Bakı-2015 alovu Azərbaycanın Qərb qapısına qonaq oldu

19 may 2015 00:05

Ölkənin şimal-qərb hissəsində, Kiçik Qafqaz dağ silsiləsinin yamaclarında, Kür sahilində yerləşən və bir-birinə tarixən bağlı olan iki rayona səfər edən Bakı-2015-in alovu hərarətlə qarşılandı. Azerisport.az xəbər verir ki, birgünlük fasilədən sonra ötən gün, mayın 18-də məşəl karvanı əvvəlcə Qazaxdan, sonra Ağstafadan keçdi.

Ərazisi 692 km2, əhalisi 94707 nəfər (01.01.2015) olan Qazax Azərbaycanın “Qərb qapısı” da adlandırılır. Qədim yaşayış məntəqələrindən biri olan bu rayon həm də tarixən iri mədəniyyət mərkəzi olub. Rayondakı 112 tarixi abidədən 54-ü arxeoloji, 46-sı memarlıq, 7-si monumental-tarixi abidə, 5-i dekorativ-tətbiqi incəsənət əsəridir.

Məşhur generallar Əliağa Şıxlinski, İbrahim ağa Vəkilov, Cavad bəy Şıxlinski və İbrahim ağa Usubovla, ilk hərbi pilot Fərrux ağa Qayıbov, İtaliyanın milli qəhrəmanı "Serafino" - Tahir İsayev  və başqalarının vətəni kimi tanınan Qazax həm də, Azərbaycan ədəbiyyatının bir sıra novatorlarının doğulduğu torpaqdır. Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Səməd Vurğun, Mehdi Hüseyn, Mirvarid Dilbazi, İsmayıl Şıxlı, Hüseyn Arif kimi xalq arasında sevilən yüzlərlə belə ədib bu torpağın övladlarıdır.

Qazax şəhərnin Heydər Əliyev prospektində başlayan məşəl estafetinin ilk fotoçəkiliş dayanacağı Ziyalılar parkında və onun ən əzəmətli abidəsi - Səməd Vurğunun heykəli oldu. Vüsal İsmayılovun başladığı və 2,93 km məsafəni əhatə edən estafet Azadlıq, Bakı küçələrindən keçməklə Heydər Əliyev parkına gətirildi. Bu yürüşdə Elvin Əmiraslanov, Asya Alhüseynova, Səidə Məmmədova, Emin Mustafayev, Arif Mustafayev, Vüsal İsmayılov, Rəşad Əhmədov, Gündüz Abışov və Vüqar Nəbiyev iştirak etdilər. Sonuncu məşəlçi Tərxan Əhmədov digər məşəlçilərin iştirakı ilə parkda quraşdırılmış tribunaya yaxınlaşdılar və yerli sakinləri salamladılar. Aparıcı, sonuncu məşəlçini səhnəyə dəvət etdi və buradakı çırağın alovlandırılması ilə səyahətin daha bir məkanı tarixə düşdü.

Məşəl yürüşündə iştirak etmiş Azərbacyan çempionatının gümüş medalçısı, məşqçi-müəllim Tərxan Əhmədov fikirlərini bölüşdü: "Məşəl karvanının Qazaxa gəlməsi hər birimiz üçün sevinc, fərəh anıdır. Mən də bu cərgədə olduğum üçün fəxr edirəm. Avropa Oyunlarında iştirak edən hər bir idmançımıza layiqli qələbələr arzulayıram. Güləşçi olduğum və hər birinin xarakterinə yaxından bələd olduğum üçün əminəm ki, pəhləvanlarımız həmişəki kimi Vətən bayrağını yenə uca tutacaq və parlaq zəfərlər əldə edəcəklər. Bu günə qədər qələbələrimiz çox olsa da, Avropanın birinci böyük yarışında bu zəfərin xüsusi və tarixi yeri, miqyası olacaq”.

Atəşgah məbədində ilk məşəlin alovlandırılması və Bakı 2015 hazırlıqlarından bəhs edən videoçarxlar nümayiş etdirildikdən sonra aparıcı məşəlçiləri təqdim edərək, onları səhnəyə dəvət etdi. Ardınca çırağın rayona təqdim olunması mərasimi keçirildi. Onu qol güləşi üzrə gənclər arasında 4 dəfə dünya və 6-qat Avropa çempionu Qismət Vəkilov rayon ictimaiyyətinə nümayiş etdirdi.

Mərasim başa çatdıqdan sonra karvan Ağstafaya üz tutdu. Sahəsi 1503,7 km², əhalisinin sayı 84434 nəfər (01.01.2015) olan Ağstafa ərazisinin 3510 hektarını meşəliklər örtür. Bunlrın da əsas hissəsi Tuqay meşələridir. 9658 hektar sahəni əhatə edən Qarayazı Dövlət qoruğunda adı Tuqay meşələri ilə yanaşı, "Qırmızı kitab"a düşmüş bir sıra bitki və quşlar da qorunur. Rayon təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda ən qədim insan məskənlərindən biridir. Buradakı paleolit abidələri bölgənin insanın əmələ gəlməsi regionlarından olmasını təsdiqləyir.

Məşəlin bölgəyə səfəri daha bir tarixin təməlini qoydu. 3,13 km-lik estafet Heydər Əliyev prospektində milli musiqinin sədaları altında ilk məşəlçi Namiq Həsənovun yürüşü ilə start götürdü. Ağamalıoğlu küçəsindən sonra Heydər Əliyev prospektinə qayıdan estafet iştirakçıları Hüseyn Arif küçəsinə keçməklə Heydər Əliyev parkının tağı olan əraziyə gəldilər. Burada Azərbaycanın əsas görməli yerlərinin modeli üzərində qurulmuş “Azərbaycan” mini-parkında xatirə şəkilləri çəkdirildi.

Mərasim Heydər Əliyev parkında quraşdırılmış səhnədə tamalandı. Bu yolu Oruc Orucov, Orxan Rəhimov, Anar Orucov, Nuriyyə İsmayılova, Nadir Cəfərov, Feyruz Həsənov, Tural Qasımov, Elmira Əhmədova, Tunar İmanquliyev qət etdilər. Digər həmkarlarının iştirakı ilə məşəllə səhnə ətrafına qədər olan yolu qol güləşi üzrə məşqçi-müəllim Nemət İbrahimli qaçdı.

Məşəl estafetinin iştirakçısı Tunar İmamquliyev ürək sözlərini dilə gətirdi: «Ölkəmizdə Avropa Oyunlarının keçirilməsi ilə fəxr edirəm. Rayonumuzun 11 məşəlçisindən biri olmaq mənim üçün böyük şərəf və etimaddır. Bakı 2015-də idmançılarımızın uğur qazanacaqlarına heç bir şübhəm yoxdur. Məncə, həmişəki kimi, bizi ən çox sevindirənlər məhz güləşçilər olacaqlar. Onlara güvənimiz hədsizdir. Axı, Azərbaycan pəhləvanlar yurdudur”.

Rayon əhalisini salamladıqdan sonra, aparıcının dəvəti ilə sonuncu məşəlçi Nemət İbrahimli Ağstafada da Avropa Oyunlarının izi olacaq çırağı yandırdı. Alovun əldə edilməsi və Bakı 2015-in təbliğat videoçarxları səhnədə qurulmuş iri ekranda göstərildi. Sonra estafet iştirakçıları yerli sakinlərin sürəkli alqışları ilə yenidən səhnəyə dəvət edildilər.

Bakı 2015-in məşəlindən götürülmüş alovla yandırılmış çırağı isə rayona karate üzre respublika çempionu Orxan Kazımlı təhvil verdi. Çıraq Avropa Oyunlarının sonuna qədər Heydər Əliyev Mərkəzində alovlanacaq və yalnız Bakı 2015 başa çatdıqdan sonra söndürüləcək.

Aparıcı Birinci Avropa Oyunları haqqında ətraflı məlumat təqdim etdikdən sonra tədbir yüksələn şüarların sədaları altında tamamlandı. Səmaya alov şarları buraxıldı.

Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.

Mayın 19-da məşəl estafetinin növbəti ünvanları Tovuz və Gədəbəy olacaq.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah