Azad Rəhimov: Zlatan İbrahimoviçi Bakı-2015 dəvət etməyib
2 iyun 2015 11:30
Gənclər və idman naziri Azad Rəhimov bəyan edib ki, İsveç yığmasının və Fransanın PSJ klubunun hücumçusu Zlatan İbrahimoviçin Azərbaycana səfərinin Bakı-2015 Avropa Oyunları ilə heç bir əlaqəsi yoxdur. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"İbrahimoviç Bakı-2015-in məşəl estafetlərində iştirak etməyəcək. O, bura şəxsi dəvətlə gəlib".