Bolqarıstan komandası Bakıya gəldi
Birinci Avropa Oyunlarında iştirak edəcək boks üzrə Bolqarıstan milli komandası artıq Bakıya gəlib. Azerisport..az xəbər verir ki, şərqi avropalılar məşqçilər Palmi Rançev və Mixail Tankovun rəhbərliyi altında paytaxtımızda 9 boksçu ilə məşq keçirlər.
81 kq çəki dərəcəsində mübarizə aparan Radoslav Panteleyev apreldə Bakıda keçirilən “Böyük İpək Yolu” turnirində 1-ci yerə layiq görülüb. Tinko Banabakov da (49 kq) “Böyük İpək Yolu” turnirində mükafatçılar sırasına daxil olub. O, yalnız finalda rusiyalı Bator Saqaluyevə uduzaraq, 2-ci yerə layiq görülüb. Qeyd edək ki, Banabakov “Cristal Hall”da keçirilən yarlşda milli komandamızın üzvü Salman Əlizadədən də üstün olmuşdu. 69 kq çəki dərəcəsində çıxış edən Simeon Çamov da komandanın təcrübəli üzvlərindəndir. O, hələ 2009-cu ildə Milanda keçirilən dünya çempionatında iştirak edib.
49 kq. Tinko Banabakov
52 kq. Daniel Asenov
56 kq. Stefan İvanov
60 kq. Elian Dimitrov
64 kq. Ayrin İsmetov
69 kq. Simeon Çamov
81 kq. Radoslav Pantaleyev
91 kq. Kristiyan Dimitrov
+91 kq. Petr Belberov