Baku 2015 Olimpiya Stadionunda sınaq tədbiri keçirir
Baku-2015 12 iyun tarixində başlayacaq Avropa Oyunlarından öncə hazırlıqların bir hissəsi kimi şənbə günü, 6 iyun tarixində Olimpiya Staionunda keçiriləcək sınaq tədbirinə ev sahibliyi edəcək. Azerisport.az xəbər verir ki, ictimaiyyət üçün bağlı olacaq bu yarış axşam saat 20:00-da başlayacaq.
Olimpiya Stadionunun yaxınlığından maşınla keçmək istəyən şəxslərə bildirilir ki, Heydər Əliyev prospektinin Babək yol qovşağından Sabunçu yol qovşağınadək olan hissəsi 6 iyun tarixində axşam saat 16:00-dan gecə saat 02:00-a kimi ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.
Həmçinin, Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsi ümumi nəqliyyatın hərəkətinə 6 iyun tarixində axşam saat 16:00-dan gecə saat 02:00-a kimi bağlı olacaq.
Şəhər sakinlərindən avtobus və metro stansiyalarında həmin gün sərnişin sıxlığının olacağını nəzərə almaları xahiş olunur.