İspaniya, İsrail, İsveç və Böyük Britaniya idmançıları Bakıya gəldi
5 iyun 2015 13:20
Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirak edəcək ölkələrin idmançıları paytaxtımıza gəlməkdə davam edir. Azerisport.az xəbər verir ki, ötən gecə İspaniya, Böyük Britaniya, İsrail və İsveç nümayəndə heyətləri Azərbaycana gəlib.
Qonaqları Heydər Əliyev adına Hava Limanında Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıb.
İdmançılar və əcnəbi media nümayəndələri onlar üçün ayrılan avtobusla Atletlər və Media Kəndinə yollanıblar.
Qeyd edək ki, iyunun 12-nə qədər Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin hava limanında yaratdığı xüsusi qərargah fasiləsiz fəaliyyət göstərir.