Bakı 2015 Avropa Oyunları başlamazdan öncə tibbi təlim proqramını başa çatdırır
Bakı 2015 bu gün 950 nəfərdən çox insanın 12 iyunda Avropa Oyunlarının açılış mərasimi başlamazdan öncə öz tibbi təlim proqramını artıq başa çatdırdığını elan etdi. Azerisport.az xəbər verir ki, bu proqram Səhiyyə nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
O, 2014-cü ilin sentyabrında həyata keçirilməyə başlandığı andan etibarən tibb təhsili alan 450 tələbəyə ilk tibbi yardım təlimi keçməklə yanaşı 500 həkim, tibb bacısı və təcili yardım işçiləri üçün əsas və təkmilləşdirilmiş təxirəsalınmaz tibbi yardım vərdişlərinin daha da yaxşılaşdırılması istiqamətində ixtisasartırma kurslarında iştirak etmək, onların beynəlxalq səviyyədə tanınmış ən son üsullara yiyələnmələrini təmin etmək imkanı yaradıb.
Tibbi təhsil alan həmin tələbələr Avropa Oyunları zamanı yarışların keçirildiyi bütün idman obyektlərində tamaşaçılara ilk tibbi yardım göstərilməsi istiqamətində mühüm rol oynayacaqlar. Həkimlər və tibb bacıları öz vəzifə öhdəliklərindən asılı olaraq, tamaşaçılara ixtisaslı tibbi yardım göstərəcək. Onlar həm də Avropa Oyunları üzrə tibbi qrupun cəlb olunduğu sahənin bir iştirakçısı olarlarsa, bu zaman idmançıların istənilən tibbi ehtiyaclarının təmin olunmasına görə də məsuliyyət daşıyacaqlar.
Təlim proqramı Səhiyyə nazirliyindən olan 12 təlimçidən ibarət qrup tərəfindən həyata keçiriləcək. Bakı 2015-in missiya proqramının bir hissəsi kimi, həmin təlimçilər bütün ölkə üzrə ilk və təxirəsalınmaz tibbi yardım vərdişlərinə malik insanların sıralarını genişləndir. Onlar həmçinin həmin təlim proqramının daha da genişləndirilməsini təmin etməyə yardımçı olurlar.
Tibbi təlim proqramından danışarkən, Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru cənab Simon Kleq bildirmişdir: "Bu tədbir qarşıdan gələn illər ərzində Azərbaycanın hər yerində Avropa Oyunlarının insanların həyatı üçün nəzərəçarpacaq fərqli yanaşmaların hansı şəkildə tətbiqi ilə yadda qalacaq bariz nümunədir.
Bu tibbi təlim proqramının başlıca məqsədi yalnız Bakı 2015-in bütün tamaşaçılara və idmançılara dövrün tələblərinə cavab verən ən müasir tibbi yardım xidmətlərinin göstərilməsini təmin etməkdən deyil, eyni zamanda davamlı əsaslarla bu yardımı təklif etməyə qadir olan insanların sayını artırmağa xidmət etməkdən ibarətdir".
Səhiyyə nazirliyi aparatının rəhbəri Zəkiyya Mustafayeva bildirmişdir: "Bakı 2015 proqramı çərçivəsində Avropa Oyunları zamanı yüksək tələblərə cavab verən ilk və təxirəsalınmaz tibbi yardım xidməti ilə bağlı olaraq üzərimizə düşən öhdəliklərimizi yerinə yetiririk. İdmançıların və tamaşaçıların ehtiyaclarını qarşılamaq üçün yetərincə imkanlara malikik və bütün ölkə illər uzunu bu missiyadan lazımınca faydalanmış olacaq".