Maksim Averin: Dəstəyinizə ehtiyacımız var
Şosse velosipedi üzrə Azərbaycan yığma komandasının üzvü Maksim Averin Avropa Oyunları öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu günlər ərzində dünya idman ictimaiyyətinin diqqəti Azərbaycanda olacaq. Avropanın bir çox ölkələrində keçirilən yarışlarda iştirak edərkən dəfələrlə bunun şahidi olmuşam. Hamı yarışla bağlı suallar verir, ilk dəfə təşkil ediləcək Avropa Oyunlarında iştirak etmək niyyətində olduğunu deyir. Mən və komanda yoldaşlarım onlara yalnız bir şey deyirik - bu sizin gördüyünüz yarışlar içərisində ən yaxşısı olacaq. Ölkəmin Avropa Oyunlarına necə səylə hazırlaşdığını görmək həqiqətən də qürurvericidir. Biz də bu tarixi hadisənin bir parçası olmaq istəyirik. Üzümü azarkeşlərə tutaraq demək istəyirəm: "Sizin dəstəyinizə ehtiyacımız var. Gəlin uğura aparan yolda birgə addımlayaq".