"Avropa Oyunları iştirak etdiyim turnirlər içərisində ən nufuzlu yarış olacaq"
Dağ velosipedi üzrə Azərbaycan yığma komandasının üzvü Aqşin İsmayılov Avropa Oyunları öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Avropa Oyunları bu vaxtadək iştirak etdiyim turnirlər içərisində ən nufuzlu yarış olacaq. Azərbaycan velosipedçilərindən ilk olaraq mübarizəyə də məhz biz qoşulacağıq. Ümid edirəm ki, iyunun 13-də Dağ Velosipedi Parkında azarkeşlərimiz bizi tək qoymayacaqlar. Rəqiblərimiz çox güclüdür, amma tərəfdarlarımızın dəstəyi bizə güc verəcək və biz bu çətin yolu birgə qət edəcəyik. Dövlətimiz tərəfindən hazırlıq üçün bizə hər cür şərait yaradılıb. Əsas olan ölkəmizi layiqincə təmsil etməkdir ki, bu işin də öhdəsindən uğurla gələcəyimizə inanıram. Yetər ki, azarkeşlər bizi tək qoymasın, çünki biz bir yerdə daha güclüyük!"