Bakı 2015 missiya rəhbərləri ilə ilk iclasını keçirdi
9 iyun 2015 13:15
Otuz dörd ölkənin Milli Olimpiya Komitəsinin (MOK) üzvləri artıq Atletlər Kəndinə yerləşiblər. Azerisport.az xəbər verir ki, Bakı 2015 Atletlər kəndinə yerləşmiş Avropanın 34 ölkəsindən gələn MOK üzvləri ilə görüş keçirdi və onları salamladı.
MOK-ları təmsil edən komandanın üzvləri və Bakı 2015-in heyəti ilə yanaşı Avropa Olimpiya Komitələrindən nümayəndələrin də iştirak etdiyi ilk yığıncaqda, MOK-lara Oyunlar barədə son məlumatlar verildi.
Belə yığıncaqların iki gündə bir dəfə keçirilməsi planlaşdırılır. Növbəti görüşün iyunun 9-da baş tutacağı gözlənilir.