İtaliya komandasının hədəfi Bakı 2015-in medal kürsüsünə çıxmaqdır
İtaliyanın çimərlik futbolu üzrə yığması İspaniya, Rusiya və Macarıstan komandası üzərində qələbə qazanacağına inanır. Azerisport.az xəbər verir ki, İtaliya yığması Birinci Avropa Oyunlarında çimərlik futbolu üzrə yarışların B qrupunda mübarizə aparacaq Rusiya, İspaniya və Macarıstanın güclü oyunçuları ilə qarşılaşacaq.
Yarışlarda yalnız iki komandanın yarımfinala çıxma ehtimalı var. Buna baxmayaraq italiyalı yığma qələbə ilə bağlı ümidlərini itirməyib. Bu barədə İtaliyalı Mateo Marukki "Olimpiazzurra" veb-səhifəsinə müsahibəsində deyib: "Bakıda keçiriləcək oyunlarda İtaliyanın yalnız bir məqsədi var, podiuma çıxmaq. Hansı yerdə durmaq istədiyimizi hər birimiz bilirik. Bu, elə də asan olmayacaq. Ancaq biz qalib olmalıyıq".
İtaliya komandası üçün rəqib sayılan Rusiya və İspaniya yığması FİFA-nın keçirdiyi çimərlik futbolu üzrə son iki Dünya Kubokunun final yarışında iştirak edib. Bu qarşılaşmada Rusiya hər iki titulu qazanaraq zirvəyə yüksəlib.
Hər iki komandanın məğlubedilməz olduğunu deyən Marukki onu da vurğulayıb ki, Macarıstan komandası heç də zəif komanda olaraq görülməməlidir.
Marukkinin komandası Rusiya, İspaniya və Macarıstan komandaları ilə qarşılaşmazdan əvvəl, çimərlik futbolu üzrə Avropa Liqasında mübarizə aparacaq. Yarış bu ilin 12-14 iyun tarixlərində baş tutacaq və ilkin mərhələdə italiyalılar Almaniya, Yunanıstan və Portuqaliya komandaları ilə üz-üzə gələcəklər.
İtaliyalı məşqçi Massimiliano Esposito çimərlik sözügedən yarışdan əvvəl komandasını 8-10 iyun tarixlərində final məşqləri üçün geri çağıracaq.
İtaliya heyətinin tərkibindəki 10 idmançının hər biri, Françesko Corosiniti, Simon Del Mestre, Mişel Di Palma, Qabriel Qori, Simon Marinayi, Mateo Marukki, Paulo Palmaççi, Dario Ramaçiotti, Stefano Spada, Emmanuel Zurlo, Bakı 2015-də iştirakına görə çimərlik futbolu üzrə mükafata layiq görülüb.