Bakı 2015-in iştirakçıları kubokun sahibi olublar
Dağ velosipedi üzrə Avropanın qabaqcıl idmançıları, öz güclərini müxtəlif 5 yarışda sınayıblar. Azerisport.az xəbər verir ki, bu yarışlar, Bakı 2015 öncəsi bu idmançılar üçün sonuncu sınaq yeri olub.
İsrailli Şlomi Haimi Usfiyada keçirilən Beynəlxalq Karmen Kubokunu qalibi olub, ruminiyalı Lusian Logigan isə 4-cü yeri qazanıb.
İsveçrəli Yolanda Neff Qrenihendə keçirilmiş qadınlararası BMC velosiped yarışında kubokun sahibi olub. Həmyerlisi Katrin Stirmmenan 3-cü yerdə, italiyalı Yeva Liçner isə 4-cü yerdə qərarlaşıb.
Kişilərin dağ velosipedi yarışında isə Matias Flüker birinci olub. İsveçli velosipedçi Fabian Giqer 5-ci , Marko Aurelio Fontana 10-cu , isveçrəli Lukas Flüker isə 11-ci yerdə qərarlaşıb.
Slovakiyalı Yanka Keseq avstryalı Liza Miterberi qabaqlayaraq, Vindhaqda keçirilmiş Avstriyanın Asvö Qran- prisinin qalibi olub.
Vindhaqda kişilər arasında keçirilmiş yarışın qalibi avstryalı Karl Markt olub. Estoniyalı Martin Lu həmin yarışda 2-ci , Qreqor Raql isə 4-cü yerin sahibi olub.
Ukraynalı Yana Belomona Xarvatiyada keçirilmiş XCO Samobor velosiped yarışında birinciliyi əldə edib. O, Bakı 2015-də dağ velosipedi yarışlarında öz ölkəsini təmsil edəcək.
Samoborda kişilər arasında keçirilmiş yarışda rusiyalı Risenko 2-ci, sloveniyalı Qreqor Kranyk 4-cü , xarvatiyalı Flip Turk isə 7-ci yerdə qərarlaşıb.
Bakı 2015-də iştirak edəcək, dağ velosipedçilərindən biri olan, Spariad Koloma Nikolas, Pantikosda təşkil olunmuş İspaniya Açıq BTT velosipedi yarışlarının fəxri kürsünün ən yüksək pilləsinə çıxıb.