Dimitri Çigenev: Auditoriyanı karate barəsində maarifləndirəcəyik
Birinci Avropa Oyunlarında keçiriləcək karate yarışları Tokio Olimpiya Oyunlarına daxil edilmesi üçün aparılan kampaniyanın bir hissəsi olacaq. Azerisport.az xəbər verir ki, bununla da karate idmançıları Bakı 2015-də 2020 Tokio Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün mübarizə aparacaqlar.
Bakı 2015 karate yarışları Bakı Kristal Zalında keçiriləcək. İyun ayının 13-14-də keçirilməsi planlaşdırılan yarış ərəfəsində tamaşaçılara müxtəlif video roliklər təqdim olunacaq. Karate yarışlarının meneceri, Avropa və Dünya Fudokan-Şotokan Çempionatının qara kəmər və gümüş medal sahibi rusiyalı Dmitri Çigenev bu kampaniyaya rəhbərlik edir. Onun fikrincə karate yarışlarının ilk Avropa Oyunlarına daxil edilməsinin vacib hadisə olması ilə yanaşı bir sıra çətinlikləri də var:
"Karate bir çox - Afrika, Pan-Amerika və Aralıq Dənizi Oyunlarına daxil edilsə də, Olimpiya Oyunlarından kənarda qalır. Karatenin Bakıda keçirilən Birinci Avropa Oyunlarına daxil edilməsi əhəmiyyətli bir hadisədir. Bu, idmanı böyük tamaşaçı kütləsinə göstərmək üçün bir fürsətdir. Çətinliklərdən biri karatenin taekvondodan fərqini göstərməkdir. Biz auditoriyanı maarifləndirməyə cəhd edəcəyik. Belə ki, yarış başlamazdan bir saat əvvəl yarışın qaydalarını və bəzi əhəmiyyətli məqamları izah edən xüsusi video nümayiş etdirəcəyik".
İlk Avropa Oyunlarında karate üzrə 96 idmançı mübarizə aparacaq. Finala yüksələn hər oyunçuya 6 medal olmaqla, ümumilikdə 12 medal təqdim olunacaq.