Eduards Bakı-2015-ə hazırdır
Şotlandiyanın Dandi şəhərində yaşayan Eduards, Böyük Britaniyanın su polosu üzrə qadınlar komandasının Bakıdakı məşqlərinə qatılmaq məqsədi ilə hər üç nəqliyyat vasitəsindən istifadə edib. Azerisport.az xəbər verir ki, Eduards Bakıya doğru yönələn uzun yolunu Avropa Oyunlarının medalından başqa heç nə ilə dəyişməzdi. Lakin o, buna az şansın olduğunu qəbul edir:
"İlk onluğa daxil olmaq bizim üçün böyük nailiyyət olardı. Biz heç vaxt belə böyük yarışda iştirak etməmişik və yaxşı nailiyyət heyrətamiz olardı. Lakin nəzərə alsaq ki, Macarıstan və Yunanıstan kimi böyük komandalar bu yarışda iştirak edir, mübarizəni ilk onluqda başa vurmaq da böyük müvəffəqiyyət olardı. Biz sadəcə olaraq, var gücümüzlə mübarizə aparmalı və gedişata baxmalıyıq".
Britaniyalılar Oyunlar üçün 'Heç vaxt əl çəkmə' şüarını qəbul ediblər.
Eduards hiss edir ki, onların sahib olduqları komanda ruhu hovuzda çətinlikləri aşmağa kömək edəcək. O bildirib ki, komandanın heyətindəki bütün oyunçular, qalib gəlmək üçün bütün bacarığını ortaya qoyacaq.
Böyük Britaniya A qrupunda Yunanıstan, Niderland, Macarıstan, Almaniya və İsraillə mübarizə aparacaq. B qrupunda isə İspaniya, İtaliya, Rusiya, Slovakiya, Fransa, və Serbiya komandaları yarışacaqlar. Hər qrupda ilk 3 yeri tutmuş komanda növbəti mərhələyə vəsiqə qazanacaq.
Eduardsın valideynləri də, Böyük Britaniya komandasının oyunlarını izləmək üçün Bakıda olacaqlar.