Asan Xidmət könüllülərindən Avropa Oyunlarına dəstək

Bakı-2015 ilk Avropa Oyunlarında iştirak edəcək idmançılarımıza dəstək məqsədilə "ASAN XİDMƏT" könüllüləri velosiped yarışında mübarizə aparıblar. Azerisport.az xəbə verir ki, Veloparkda keçirilən yarışda Bakı və Sumqayıt şəhərlərinin "ASAN XİDMƏT" mərkəzlərinin 40-a yaxın könüllüsü iştirak edib.
Tərkibində 2 oğlan və 2 qız velosipedçi olan komandalar estafet sistemi üzrə yarışıblar. İlkin mərhələdən sonra finala vəsiqə qazanan 3 komanda müəyyənləşib. Həlledici yürüşün nəticəsinə əsasən, 2 saylı "Asan Xidmət" mərkəzinin komandaları 1-ci və 3-cü yerləri tutub. 4 saylı mərkəzin komandası isə 2-ci nəticə göstərib.
Qaliblərə medal, diplom və kuboku Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan Resursları və Təlim şöbəsinin müdür müavini Cahangir Hacıyev təqdim edib.