Oyunlara Baku2015.com saytında və #BiginBaku vasitəsilə daha yaxın olun
Bakı 2015-in rəqəmsal ekosistemi qısa vaxtdan sonra “Oyun-zamanı” rejimində çalışacaq. Azerisport.az xəbər verir ki, rəqəmsal ekosistemin inteqrasiyası üzərində son tamamlama işləri aparılır və sistem veb və sosial media platformalarından istifadə etməklə istifadəçiyə nəfəskəsici təcrübə bəxş edəcək.
Avropa Oyunlarında şəbəkənin olması Baku2015.com rəsmi saytı vasitəsilə mərkəzləşdirilir ki, burada 12-28 iyun tarixlərində bütün video mərasimlər və idman yarışları canlı göstəriləcəkdir. Veb-saytda yarışlar haqqında tam məlumatlar, o cümlədən son xəbərlər, nəticələr, gündəlik qrafiklər, medal cədvəlləri və yarışlarda iştirak edəcək 6000 idmançının tərcümeyi-halı yerləşdirilir.
Oyunlar üçün çoxfunksiyalı təlimatlar da daxil olmaqla Bakı 2015 mobil proqramı keçən həftə hazırlanıb, proqram, həmçinin Baku 2015-in bütün yarışlarınının canlı yayımını, habelə idman məkanları, idman növləri və idmançılar üzrə səhnə-arxası məlumatları da təqdim edəcək.
Təntənəli Açılış Mərasimini Bakı vaxtı ilə axşam saat 9-da Baku2015.com və YouTube veb-səhifəsində canlı yayımlanacaq.
Baku2015.com saytı və mobil proqram, istifadəçiləri Bakının enerji dolu şəhər həyatına cəlb etmək və onları paytaxtın ən möhtəşəm hadisəsində yaxından iştirak etmələrini təmin etmək üçün BiginBaku tərəfindən tamamlanıb. Hər iki kanal idman və mədəni hadisələri izləmək üçün Twitter, Facebook, YouTube, və Instagram kimi səhifələrə tam inteqrasiya olunub.
Bu bu unikal çoxkanallı yanaşma istifadəçilərə Bakı 2015 yarışlarına daha da yaxınlaşdırmaqla yanaşı Azərbaycan paytaxtının cəlbediciliyini və burada olan atmosferi yaddaşlara köçürür. Qeyd edək ki, bu unikal çoxkanallı yanaşma media və platformaların birlikdə işlənməsi nəticəsində innovativ təcrübədən yaranıb.