Fotoreportaj|Video|На русском

Bakı-2015

İrəli, Azərbaycan!

10 iyun 2015 11:45

Bakıda keçiriləcək tarixi əhəmiyyətli ilk Avropa Oyunlarına sayılı günlər qalıb. Qədim zamanlardan üzügülər və hər zaman qonaqpərvər olan Abşeron yarımadası torpağı paytaxt və Mingəçevir şəhərindəki olduqca müasir idman arenalarında qitənin Balkan və Pirin, Apenin və Skandinaviya, həmçinin Köhnə Dünyanın digər yerlərindən olan nümayəndələrini qəbul edəcək.

Elit Oyunlar, seçmə idman növlərinin proqrama daxil olmasını nəzərdə tutur. Gimnastika hər zaman bu növlər sırasında olmuş və olacaqdır. 27 Azərbaycan gimnastı Oyunlar çərçivəsində 6 gimnastika növü üzrə yarışlarda iştirak edəcək.

Diqqətli və daimi oxucular bilir ki, ötən ilin sonlarından başlayaraq, Azərbaycan Gimnastika Federasiyası Avropa Oyunlarına həsr olunmuş layihə təqdim etmişdir. Layihə çərçivəsində Oyunlar haqda məlumat, iyun ayındakı  yarışların  mümkün gələcək iştirakçıları ilə müsahibələr yerləşdirilmişdir. Müsahibənin forması anket suallarını xatırladırdı və buna görə də, idmançı-müsahiblərin cavabları bir-birinə bənzəyirdi. Gimnastlar Marina Durunda ilə Ayşən Bayramova, Oleq Stepko ilə Eldar Səfərov, həmçinin akrobatlarla batut və aerobika gimnastları uşaq yaşlarında valideynlərinin onları gimnastika bölmələrinə gətirmələri və bunun verdiyi nəticə haqda danışdılar, o cümlədən başlıca məqsədlərinin təvazökarlıqla – Avropa Oyunlarında Azərbaycanı layiqincə təmsil etmək olduğunu ifadə etdilər. Bu Oyunlara yaxınlaşdıqca, yüksək səviyyəli beynəlxalq turnirlərdə və keçirilən yoxlama məşqlərində - ötən şənbə günü Milli Gimnastika Arenasında təşkil olunan sonuncu yoxlama-məşqi daxil olmaqla - iştirak etdikcə, Azərbaycan gimnastlarının  Oyunlara yüksək səviyyədə hazırlaşdığı açıq aydın görünür. Azərbaycan Gimnastika Federasiyasının Vitse-prezidenti Altay Həsənovun ifadə etdiyi kimi, "Ən əsası Sizə və digər idmançılara Oyunları zədəsiz qarşılamağı və Odlar Diyarı doğma torpağımızda uğurla çıxış etməyi arzulayıram”.

Qədim məbəd “Atəşgah”da alovlandırılan məşəl isə artıq Bakıdadır. Paytaxtda həmin məşəli 100-dən çox tanınmış idmançı, o cümlədən oyunların səfiri Marina Durunda və idman gimnastikasının canlı əfsanəsi Valeriy Belenki qürurla daşıyacaqdır. Məşqçi kimi uğurla fəaliyyət göstərdiyi Almaniyadan, xüsusi olaraq Oyunlara görə, ölkəmizə təşrif buyurmuş, 92-ci ilin Barselona Olimpiya Oyunlarının çempionu, 46 yaşlı Valeriy Belenki öz hisslərini belə ifadə etdi: “Doğma şəhərin küçələrində məşəli daşımaq çox şərəfli və hər zaman məsuliyyətli bir işdir”.

Cari həftə bir çox hadisələrlə yadda qalacaq. Artıq iyunun 11-dən etibarən gimnastika komandası bütün məşqçi və texniki heyətlə birgə “İdmançılar kəndi”nə köçəcək, bir gün sonra isə podium məşqləri keçiriləcək. 12 iyun tarixində Olimpiya Stadionunda bizi unudulmaz açılış mərasimi gözləyır, 14-15 iyun tarixlərində isə Milli Gimnastika Arenası öz qapılarını Avropa Oyunlarının ilk iki gimnastika növünün – qadın  və kişi idman gimnastikasının azarkeşlərinə açacaq. 17 iyun tarixində yarış meydançası bədii gimnastların, akrobatların, batut və aerobika gimnastlarının ixtiyarında olacaq. 18-21 iyun tarixlərində artıq hər 6 növ üzrə final mərhələləri keçiriləcək.

Gimnastika yarışlarına biletlər müxtəlif ölkələrdə keçirilən iri miqyaslı yarışlarla müqayisədə çox münasibdir, cəmi 3-5 manat təşkil edir. Bir sözlə, yarışlara gələrək, idmançılarımızı dəstəkləyin. Axı onların Sizin dəstəyinizə, tribunalardan onları izləməyinizə çox ehtiyacları var. Bu idman bayramından yan keçməyin və idmançılarımıza dəstək olun. İrəli, Azərbaycan!!!

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah