Fotoreportaj|Video|На русском

Bakı-2015

Alov məşəli Bakının mədəni mərkəzlərinə səyahət etdi

11 iyun 2015 00:15

Ötən gün Bakı 2015 alovunun səyahəti paytaxtın əsas istirahət, əyləncə və mədəniyyət mərkəzlərinin yerləşdiyi məkanlara oldu. Azerisport.az xəbər verir ki, məşəl estafeti komandasının ilk dayanacağı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə yaradılmış və Azərbaycan mədəniyyətinin dünyaya yeni pəncərəsi olan Müasir İncəsənət Muzeyi oldu. Məşəlçi, xalq rəssamı Fərhad Xəlilov ilə alov heyəti ötən əsrin 50-ci illərindən sonra keçən 70 ilin Azərbaycanda avanqard cərəyanların rəssam və heykəltaraşlarının 1000-dən artıq əsərlərini dünyaya tanıdan nadir sənət ocağının zallarını gəzdi.

Növbəti məşəlçi, məşhur heykəltəraş, xalq rəssamı Ömər Eldarov alovun müasir Azərbaycanın memarı olan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan və yeni Azərbaycanın dünyaya açılan qapısının, beynəlxalq aləmə inteqrasiyasının rəmzi olan mərkəzlə tanışlığına bələdçilik etdi. Mərkəz həm memarlıq üslübü ilə müasir Azərbaycanın və onun paytaxtı Bakının rəmzinə çevrilib. 

Alov səyahətinin sonrakı ünvanı SSRİ Xalq artisti, pianoçu, bəstəkar Fərhad Bədəlbəylinin müşayiəti ilə Heydər Əliyev Sarayı və parkı oldu. Bakı sakinləri və qonaqlarının ən çox sevdiyi məkanlardan olan, Nizami küçəsindən Fəvvarələr Meydanına qədər məsafəni məşəlçilər - ağırlıqqaldırma üzrə dünya çempionu Nizami Paşayev, “Bakılı oğlanlar” komandasının tərkibində “Şən və Hazırcavablar Klubu”nun çempionu olmuş Tahir İmanov, muğam ifaçısı Ağaxan Abdullayev qət etdilər. Estafet mərhələsinin sonunda məşəli dünya şöhrətli yazıçı Çingiz Abdullayev qəbul etdi və çoxsaylı mədəniyyət ocaqlarının, kütləvi ictimai-sosial və iaşə obyektlərinin olduğu bu məkanda onun müşayiəti ilə Nizami adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi ilə tanışlıq oldu.

Alov səyahəti komandası Qış parkında da oldu. 2013-cü ildə açılmış və əhalinin yeni istirahət məkanlarından birinə çevrilməkdə olan Qış parkı 7 hektar ərazidə olmaqla şəhər içində ən böyük parkdır. Burada məşəlçilər – bəstəkar Mirfaiq Sücəddinovun, şahmat qrossmeysteri, ikiqat Avropa komanda çempionu Şəhriyar Məmmədyarovun, güləşçi İlham Umayevin, veteran gimnast Elşad Nərimanovun iştirakı ilə “28 May” metro stansiyasına qədər yürüş oldu. Güləş üzrə dünya çempionu Arif Abdullayev məşəllə Cəfər Cabbarlı meydanının qarşısına gəldi.

Məşəlçi Vitali Rəhimov alovqoruyanların müşayiəti ilə şəhərin ən çox istifadə olunan ictimai nəqliyyatı - Bakı metropolitenində “28 May” stansiyasından “İçərişəhər” stansiyasına qədər alov səyahətinin əsas qəhrəmanı oldu.

Estafetin növbəti mərhələsində pianoçu Murad Adıgözəlzadə, idman veteranı Yaşar Məmmədov, müğənni, Bakı 2015-in ulduz elçisi Röya Ayxan və müğənni Abbas Bağırov məşəli Filarmoniya bağından funikulyora qədər apardılar. Filarmoniya bağı sakitliyi və aurası ilə sakinlərin diqqətini həmişə çəkib. Zəngin tarixi və füsunkar landşaft kompozisiyaları olan bağ sonuncu dəfə 2009-cu ildə yenidən qurulub. Uzunluğu 455 metr olan Bakı Funiklyoru 1960-ci ildə istifadəyə verilərək, qısa zamanda, əhalinin sevimli nəqliyyat növünə çevrilib. Burada estafeti veteranlar - futbolçu Kazbek Tuayev, sonra boksçu Ağacan Abiyevə davam etdirdilər.

Estafet gününün son dayanacağı məşəlçilər - veteran güləşçi Firudin Qurbanovun, veteran futbolçu Yaşar Babayevin, taekvondo üzrə 2015-ci ilin dünya çempionu Radik İsayevin, London-2012 Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi üzrə bürünc medalçısı Emin Əhmədovun, güləş veteranı Elçin Cəfərovun, ağırlıqqaldırma veteranı Məmməd Hüseynovun və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin iştirakı ilə Bakı buxtasına və Xəzər dənizinə əsrarəngiz mənzərənin açıldığı Dağüstü park oldu. Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş igid övladları məhz burada - Şəhidlər xiyabanında dəfn olunublar. Azərbaycanın igid oğlu, II Dünya müharibəsi zamanı həlak olmuş tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun məzarüstü abidəsi də burada yerləşir.

Bu səyahətdən sonra alovun daha 3 məkanla tanışılığı oldu. 1910-1912-ci illərdə “ictimai toplantıların yay binası” adı altında inşa olunan indiki Dövlət Filarmoniyası sonralar məhz mədəniyyətimizin, milli və klassik musiqinin təkrarsız təbliğat oçağıdır. Məşhur dirijor Teymur Göyçayevin məşəl bələdəçiliyi etdiyi bu möhtəşəm konsert sarayında 7 kollektiv fəaliyyət göstərir. Məşəl sonra 2011-ci ildə Aida Mahmudovanın təsis etdiyi YARAT qalereyasına gətirildi. Onun müşayiəti ilə məşəlin mərkəzlə

tanışılığı başlandı. Bu sənət ocağı istedadlı gənc yaradıcı insanlara dəstək olmaqla, onların sənətdə inkişafına təkan vermək, onların peşəkar layihələrinə işıq salmaq və tanıtmaqla qısa müddət ərzində əhali arasında məşhurlaşıb. Bu görüşlərin son məkanı isə YARAT-ın yaxınlığında yerləşən ənənəvi incəsənət qalereyaları ilə tamamlandı.

Bakı 2015-in mərasimlər üzrə direktoru Katerina Uqvu məşəl estafetinin daha bir günü ilə bağlı bildirdi: “Səbirsizliklə gözlədiyimiz 17 günlük yarış üçün Birinci Avropa Oyunları ərəfəsində beynəlxalq standratlara uyğun inşa edilmiş yüksək səviyyəli obyektlər və tamamlanmış infrastruktur işləri ilə yanaşı, alov səyahətinin də göstərdiyi kimi, Bakı həm də yüksək milli-mənəvi dəyərlərə malik mədəni dünyası, sosial mühiti, zəngin tarixi irsi ilə vəhdət yaradan gözəl şəhərdir”. 

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah