Avstriyalı idmançıları Bakıda maşın vurdu
11 iyun 2015 20:30

BAOƏK-in tibb xidməti bu gün səhər Bakıda Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda baş verən qəza ilə bağlı açıqlama verib. Azerisport.az xəbər verir ki, açıqlamada bunlar qeyd olunub:
"Hadisə nəticəsində 3 nəfər avstriyalı idmançı dərhal xəstəxanaya yerləşdirilib. BAOƏK bütün idmançıların təhlükəsizliyini və sağlamlığını ən vacib məsələ hesab edir. Hal-hazırda bununla bağlı ətraflı məlumat verə bilmirik. Daha təfsilatlı informasiya gün ərzində təmin ediləcək".