Yanikovski Bakını xoş xatirə ilə tərk edəcəyinə əmindir
Uşaqlıq illərindən küçə davaları ilə məşğul olan polşalı Damian Yanikovskinın bu dəfəki döyüşü arenada baş tutacaq. Azerisport.az xəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında kişilər arasında güləş idman növü üzrə yunan-roma kateqoriyasında 85 kq çəki dərəcəsində qızıl mükafat uğrunda mübarizə aparacaq favoritlərdən biri olan Yanikovski arenada döyüşməyin üstünlüyü haqda belə deyib: "Uşaq yaşlarında digər idman növləri ilə məşğul olmamışam. Sadəcə küçələrdə dalaşmışam. Bir döyüşü udardım, digərini uduzardım, hətta bəlaya da düşmüşəm. Öz aqressivliyimi həmyaşıdlarım və məndən böyüklərə qarşı güləş meydanında göstərmək mənim üçün daha yaxşıdır".
Bu yaxınlarda ata olan 25 yaşlı oyunçu bir müddət sonra güləş idman növünü tərk edəcəyini bildirib: "Yaxşı güləşçi öz titulunu 30 yaşına qədər özü ilə apara bilər. Daha sonra mən qarışıq döyüş növləri ilə məşğul olacağam. Mən bundan zövq alıram və Polşada bu növlər çox məşhurdur".
1,80 m boya, 90 kq çəkiyə malik və bədəni rəngli döymələrlə örtülü olan Yanikovski keçən il Avropa titulunu qazandıqdan sonra iki il ərzində ikinci qızıl mükafatı əldə etmək niyyətindədir.
O, London 2012 Olimpiya Oyunlarının yarımfinalında misirli idmançı Karam Mohamed Qaber Ebrahimə uduzaraq bürünc medalla kifayətlənməli olub. Rəqibini udaraq gümüş medal əldə edən Ebrahim isə finalda rusiyalı oyunçu Alan Xuqayevə məğlub olub.
Paytaxtda 2010-cu ildə keçirilmiş Avropa çempionatı yarışlarında qələbə qazana bilməyən güləşçi, bu dəfəki yarışlarda uğura imza ataraq Bakı haqqında xoş xatirlərlə vətəninə dönmək istəyir: O, dörd-beş ildir güləşlə məşğul olmasa da rəqibləri ilə mübarizədə qələbəyə inanır.