Almaniyalı dost idmançılar Bakıda üz-üzə gələ bilərlər

Almaniyalı stolüstü tennisçilər Dmitriy Ovtçarov və Timo Boll Bakıda üz-üzə gələ bilərlər. Azerisport.az xəbər verir ki, ən yaxşı dostlar sayılan Almaniyanın stolüstü tennisçisi Dmitriy Ovtçarov və Timo Boll yarış günü çox maraqlı oyun gostərəcəklər.
Avropa çempionatında birinci yeri tutan Ovtçarov hal-hazırda ikinci yerdədir və Bakı 2015 avropa oyunlarında üçüncü komanda üzvü Patrik Baumdan sonra qızıl medala layiq görülməsi gözlənilir.
Qızıl medal üzrə mübarizədə 3 alman, portuqallarla gərgin mübarizə aparacaq. Onların komanda üzvləri Avropa çempionatının 4-cüsü Markos Freitas və 7-cisi Tiaqo Apoloniyadır. Başqa namizədlər arasında Avstriya, Belarusiya, Fransa və İsveç də var.
Avropa çempionatında bürünc medal qazanan isveçli Par Qerel belə deyib: "Almaniya medalları əldə edəcəyindən əmindir, lakin bu çox çətin olacaq. Bu Avropa Oyunları bizim üçün revanş olacaq. Biz Çindən başqa, bütün komandaları mğəlub edə bilərik".
Almaniyalı favoritlər komandada “mən” sözünün olmadığını bilirlər.
Bundan başqa, cütlüklərin ardınca, təklər arasında yarışlarda Ovtçarov və Boll final mərhələsində üz-üzə gələcək və bu mübarizə onları düşmənə çevirəcək. Onlardan yalnız biri qızıl medala sahib olacaq və Rio 2016 Olimpiya Oyunlarına bilet qazana biləcək.
Onların rəqibliyi və dostluğu cümə günü məşqlərdə özünü göstərəcək. Ovtçarov və Boll aralarında baş tutan kiçik söhbətdən və amansız mübarizədən sonra gərgin məşq mərhələsində görüşüblər.
Ovtçarov Azərbaycan paytaxtını özü üçün şans hesab edir : Bu ay Çində keçirilən Süper Liqada ayağından zədələnən 26 yaşlı idmançı yalnız dünən oyunlara tam hazır olduğunu hiss edə bilib.
Təklər arasında qazanmaq şansı daha çox olan Bollun kişilər üzrə komanda yarışında zədə alması komandanı ümidsizliyə qərq edib. Rəqabət haqqında fikir bildirən Boll belə deyib: "Bir-birimizlə rəqib olmağımız heç də qəribə bir şey deyil. Sən bütün həyatın boyu dostlarınla rəqabət aparırsan. Məsələn, Vladi mənim ən yaxın dostlarımdan biridir və mən tez-tez onunla yarışlarda üz-üzə gəlirəm".
Avropa reytinqlərində 3-cü yerdə olan Samsonov təklər arasında yarışlarda medal qazana biləcək portuqaliyalı Fraytas, yunanıstanlı Panaqiotis Qionis və avstriyalı Robert Qardon kimi bir çox idmançılar sırasındadı.
Stolüstü tennis hörmət və rəqabətin əldən-ələ ötürüldüyü idman növüdür.