Pereyra Avropa Oyunlarında öz şansını yüksək dəyərləndirir

Portuqaliyanın triatlon ulduzu Bakının iqliminə uyğun yarışlara hazırlaşıb. Azerisport.az xəbər verir ki, o, başlanğıc siyahıda 1 nömrəli oyunçu kimi təqdim olunur. İndi isə o, nəticələr vərəqində də 1 nömrəli oyunçu olmaq arzusundadır.
Portuqaliyalı Joao Pereyra 14 iyunda Bilgəh Çimərliyində kişilər arasında keçiriləcək triatlon yarışında iştirak edəcək. Avropa Oyunları yüksək reytinqə malik bu idmançıya tarixi çempionluq yarışının qalibi olmaq şansını verib. Pereyra 2009-cu ildə 23 yaşadək idmançılar arasında dünya çempionu titulunu qazanan Pereyra Bakı yarışlarından yüksək nəticə gözləyir:
"Mən uzun müddət bu yarışa hazırlaşmışam. Düşünürəm ki, bu, Avropada ilin ən mühüm yarışı kimi yadda qalacaq. Əlbəttə, bu çox çətin olacaq. Çünki ilk çıxış edənlərin siyahısı güclülərdən ibarətdir və digər idmançılar da yaxşı hazırlaşıblar".
Britaniyanın Olimpiya medalı qalibləri olan Barunli qardaşlar – Alister və Conatan, habelə İspaniyanın dördqat dünya çempionu Javier Qomets Bakı yarışlarında iştirak etmir. Bu da Pereyranın əminliyini artırır. Çünki o, ötən il TU üzrə dünya seriyası yarışlarını ikinci və üçüncü yerdə tamamlayıb. Bu idman növü üzrə dünyanın rəhbər orqanı tərəfindən o, mövsümün ulduzu seçilib.
Pereyra həmçinin Bilgəh Çimərliyində triatlon yarışının üzgüçülük hissəsini özü üçün üstün mərhələ sayır. Çünki dayaz çimərlik girişi və 150 metrlik qumsallıq üzə bilinəcək səviyyəyə çatana kimi suda 600 metr qaçmağı tələb edir.
"Üzə bilinəcək səviyyəyə kimi qaçmaq mənim üçün yaxşıdır, çünki mənim boyum hündürdür. Sonra velosiped yolu gəlir və o, çox hamar olduğundan, sürətli olacaq. Mən həm də sürətli qaçıram. Bakı çox istidir, hətta Portuqaliyadan da istidir. Lakin mən bu oyuna və iqlimə görə yaxşı hazırlaşmışam".
183 sm boyu olan Pereyra bu mövsümdə bacarığını ortaya qoya biləcəyini düşünür. İdmançı deyir ki, ilk yerlərə çıxsa, özünə böyük şans vermiş olacaq.