Azərbaycanın su polosu üzrə komandası qarşısına böyük hədəflər qoyub
Azərbaycanın kişilərdən ibarət su polosu komandasının baş məşqçisi Azər Babayev, yarışlarda uğur qazanmaq üçün komandasının qarşısına yüksək hədəflər qoyub. Azerisport.az saytının məlumatına görə, Babayev bildirib ki, idmanın ölkədə inkişaf etdirilməsi oyunlarda qələbə qazanmaq qədər vacibdir.
"Əgər yaxşı yarışarıqsa və bir neçə oyunda qələbə qazanarıqsa, bunu uğur hesab edə bilərik".
Mən su polosunun Bakı 2015-in idman növləri arasına salınmasından çox məmnunam. Bu növün inkişaf etdirilməsi Azərbaycanda idman sahəsində bir sıçrayış kimi qiymətləndirilə bilər. İnanırıq ki, yaradılan yeni gözəl hovuzlar gələcəkdə su polosu idmanı üçün də ayrılacaq və bu da öz növbəsində idmanın populyarlığını artıracaq".
Azərbaycanda su polosu idman növü ilə məşğul olan gənclər 16-17 yaş arasındadırlar və onlar bacarıqlarını təkmilləşdirmək üçün məşqlərini davam etdirirlər.
Azərbaycanda son illərdə su polosuna marağın artdığını söyləyən Babayev, valideynlərinin də karyerasına etdiyi təsirlərdən bəhs edib:
"Valideynlərim övladlarının sadəcə sağlam olması üçün üzgüçülüklə məşğul olmasını istəyirdilər. Onlar bu idmanın nəticələrində təhlükəli bir amil görmürdülər. Su polosu Avropada çox məşhurdur, və biz də çalışacağıq ki, bu idmanı Azərbaycanda məşhurlaşdıraq".
Azərbaycanın kişilərdən ibarət komandası iki il ərzində Avropa Oyunlarına hazırlaşıb. Onlar, bu yaxınlarda İranda İran, Uruqvay, Avstriya, Malta, İndoneziya, Küveyt, Mərakeş, Tunis və Qvatemalanın iştirak etdiyi turnirdə yarışıblar. Onlar yalnız finalda məğlub olaraq, gümüş medala yiyələniblər.