Olimpiya Oyunlarının revanşı Bakıda olacaq
50-dən çox qadın idmançı şənbə günü saat 12:30-da ilk dəfə beynəlxalq səviyyədə, qadınlar arasında keçirilən triatlon yarışlarında Avropa Oyunlarının medalını qazanmaq uğrunda Xəzər dənizində yarışlara qoşulacaq. Azerisport.az xəbər verir ki, onların arasında Olimpiya çempionu Nikola Spiriq və Olimpiya ikincisi Liza Norden də var. Xatırladaq ki, Bakıda keçirilən yarış onların London Olimpiya Oyunlarında təqribi bərabərliklərindən sonra olk görüşü olacaq.
Spririq 3 il bündan əvvəl rəqibindən cəmi 15sm qabaqda olmaqla qızıl medala yiyələnmişdi. Milli Olimpiya Komitəsi gələn il keçiriləcək Olimpiya Oyunlarına təsnifat mərhələsini buraya saldığı üçün, Bakıda keçiriləcək yarış əzəli rəqiblərə eyni dərəcədə şans verir.
Olimpiya Oyunlarından sonra dünyaya körpə gətirdiyinə görə bir müddət idmandan uzaqlaşan Spiriq bu il yenidən qayıtdığı idman növündə Keyptaunda keçirilən Dünya Seriyasının Beynəlxalq Triatlon Birliyi turnirində 3-cü olub. Spiriq Olimpiya tacına Avropa Oyunları Çempionu adını da əlavə etməyi düşünür.
"Özümü oyunların ən güclüsü hesab etsəm də, burada çox yaxşı formada olan digər idmançılar da var. Bu yarış mənim üçün çox önəmli yarışdır. Burada təbii ki, mən qızıl medal qazanmaq istəyirəm, Lakin Rio Olimpiya Oyunlarına yerimi təmin etmək əsas məqsədimdir".
Nordenlə yanaşı, Spiriq də qadınlar arasında ən böyük rəqibi olan Aliyen Reydı geridə qoya bilib. İrlandiyalı triatlonçu bu il Beynəlxalq Triatlon Birliyinin Dünya üzrə keçirilmiş yarışlarında 7-ci, 6-cı və 4-cü yerə çıxıb.
Dünya reytinqində 6-cı yerdə olan Reyd belə bildirib: "Əldə etdiyin nailiyyətlərə görə yüksək yerdə olmaq həqiqətən gözəldir. Lakin onu da unutmaq olmaz ki, OLimpiya çempionu çox yarışlarda iştirak etməyib, ona görə də, yüksək reytinqə malik deyil. Liza zədələndiyi üçün indi mən diqqətimi yalnız bu iki qıza yönəltməliyəm. Ona görə ki, bu idmançılar yüksək reytinqə malik deyil və onların qazanmaq imkanı azdır".
Bakının güclü küləyi və dayaz, dalğalanan dənizinə görə qalibiyyət mümkün ola bilər və gözlənilməz üzgüçülük yarışı keçə bilər.
"Suda bir neçə dalğıc qız gördüm. Uzun qızın qazanmaq şansı daha çox idi, çünki suyun dayaz hissəsini keçmək elə də çətin olmadı".
Medal qazanmağa namizəd olan digər bir idmançı da Rakel Klamerdi, o, dünya çempionatında 12-ci yeri tutub, ötən il isə ilk sırada olan avropalı idmançı olub. Onun komanda yoldaşı Mayke Kaelers isə Dünya Çempionatlarında 3-cü olub.
Azərbaycandan yalnız Kseniya Levkovska yarışda iştirak edəcək, Heter Sellar isə zədələndiyi üçün yarışda iştirak etməyən Britaniya komandasının üzvü Beynəlxalq Triatlon Birliyinin iki dəfə çempionu olmuş Helen Cenkinsi əvəz edəcək.