Fotoreportaj|Video|На русском

Bakı-2015

Qəbələnin Bakı-2015-dəki medal ümidləri

12 iyun 2015 13:00

“Qəbələ” İK I Avropa Oyunlarında 17 idmançı ilə təmsil olunacaq. Azerisport.az xəbər verir ki, bunlardan 5-i atıcılıqda,12-si döyüş novləri – karate, cüdo, sambo, taekvondo və boksda çıxış edəcək.

Göründüyü kimi, klubun idmançıları 6 idman novundə mubarizə aparacaq. Ən çox təmsilçi atıcılıq və sambodadır – hər birində 5 idmançı. “Qəbələ” cüdoda 3, karatedə 2, taekvondo və boksda 1 idmançı ilə təmsil olunur.

“Bakı-2015”də mübarizəyə öncə karateçilər başlayacaq. Bu idman növündə yarışlar iyunun 13-14-də keçiriləcək. "Qəbələ"nin təmsilçiləri, Niyazi Əliyev və Azərbaycan karate yığmasının lideri, Rafael Ağayev eyni gündə - iyunun 13-də çıxış edəcəklər. Çəkiyə əsasən, ilk olaraq tatamiyə Niyazi çıxacaq. Bu isə o deməkdir ki, Əliyev “Qəbələ”nin I Avropa Oyunlarında ilk çıxış edən idmançısı kimi tarixə düşəcək.

İyunun 16-19-u aralığında taekvondoçular yarışacaqlar. Bu idman növündə "Qəbələ"nin yeganə təmsilçisisi Məhəmməd Məhəmmədovdur. 58 kq çəkidə yarışan idmançı döşəkcə üzərinə iyunun 16-da çıxacaq.

Samboda yarışlar iyunun 22-də keçiriləcək. Bu idman növündəki təmsilçiləri – Amil Qasımov, Vasif Səfərbəyov, Şəhanə Hüseynova, Fəridə Qurbanova və Nərminə Əlizadə həmin gün idmansevərləri sevindirməyə çalışacaqlar.

İyunun 25-28-i aralığında cüdoçular mübarizəyə qatılacaqlar. İlk yarış günündə qadınlar arasında 48 və 57 kq-da çıxış edən Aişə Qurbanlı ilə Kifayət Qasımova, yarışın son günündə isə kişilər arasında 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri tatamiyə çıxacaq.

"Qəbələ"nin boksda yeganə təmsilçisi olan Lorenzo Sotomayor (64 kq) iyunun 16-da mübarizəyə başlayacaq. Əslən Kubadan olan idmançı yarışda irəliləyərsə, iyunun 17-i, 18-i, 21-i, 23-ü, 25-i və nəhayət, 27-də finalda çıxış edəcək.

Atıcıların mübarizəsi iyunun 16-dan 22-dək olacaq. "Qəbələ"nin təmsilçiləri arasında ən titulluları Elvin İsmayılov, Emin Cəfərov və Nurlana Cəfərovadır. Uzun müddətdir Azərbaycanın stend atıcılığı üzrə milli komandasının şərəfi ni qoruyan bu idmançılar baş məşqçi Hafiz Cəfərovun rəhbərliyi ilə məşq edirlər.

KARATE
Niyazi Əliyev (67 kq)
Nailiyyətləri: dünya çempionatının qalibi və gümüş medalçısı, 3 qat Avropa çempionu, İslam Həmrəylik Oyunlarının qalibi.
Rafael Ağayev (75 kq)
Nailiyyətləri: 4 qat dünya çempionu, 8 qat Avropa çempionu, 2 dəfə dünya çempionatının gümüş medalçısı, 7 dəfə Avropa çempionatının mükafatçısı, İslam Həmrəylik Oyunlarınınqalibi

CÜDO
Uşanqi Kokauri (+100 kq)
Nailiyyətləri: Avropa çempionatının mükafatçısı (U-23-lər).
Aişə Qurbanlı (48 kq)
Nailiyyətləri: Avropa Kubokunun mükafatçısı (yeniyetmələr), Avropa Kubokunun qalibi (gənclər).
Kifayət Qasımova (57 kq)
Nailiyyətləri: idman ustası, Avropa çempionu (yeniyetmələr), Avropa çempionatının qalibi və bürünc mükafatçısı (U-23), dünya və Avropa çempionatlarının bürünc medalçısı (gənclər), Avropa çempionatının gümüş və 3 dəfə bürünc medalçısı, Dünya Kubokunun 3 dəfə qalibi və 4 dəfə (1 gümüş, 3 bürünc) mükafatçısı, Super Dünya Kubokunun 3 dəfə bürünc medalçısı, Qran-Pri turnirinin qalibi və bürünc medalçısı, Böyük Dəbilqə turnirinin bürünc medalçısı, Rusiya açıq çempionatının qalibi (yeniyetmələr), Polşa açıq çempionatının gümüş medalçısı, Yeniyetmələrin Avropa Olimpiya Festivalının bürünc medalçısı, 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarının iştirakçısı.

SAMBO
Amil Qasımov (74 kq)
Nailiyyətləri: dünya və Avropa çempionu, dünya kubokunun qalibi.
Vasif Səfərbəyov (+100 kq)
Nailiyyətləri: Avropa çempionu (gənclər), 3 dəfə Avropa mükafatçısı, 2 dəfə dünya mükafatçısı.
Şəhanə Hüseynova (60 kq)
Nailiyyətləri: Avropa mükafatçısı (gənclər, cüdo üzrə).
Fəridə Qurbanova (64 kq)
Nailiyyətləri: dünya kubokunun gümüş mükafatçısı.
Nərminə Əlizadə (68 kq)
Nailiyyətləri: Dünya kubokunun bürünc mükafatçısı.

TAEKVONDO
Məhəmməd Məhəmmədov (58 kq)
Nailiyyətləri: Avropa çempionu (gənclər), dünya çempionu (gənclər), dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısı.

BOKS
Lorenzo Sotomayor (64 kq)
Mükafatları: ölkə çempionu və beynəlxalq turnirlərin qalibi.

ATICILIQ
Elvin İsmayılov
Növ: stend atıcılığı (səngər stend)
Nailiyyətləri: idman ustası, dəfələrlə Azərbaycan çempionu, Azərbaycanın səngər stendi üzrə rekordçusu, beynəlxalq turnirlərin qalibi və mükafatçısı, dünya və Avropa çempionatlarının iştirakçısı, Heydər Əliyev adına Beynəlxalq
Qran-Pri yarışlarının finalçısı (5-ci yer).
Emin Cəfərov
Növ: stend atıcılığı (dairəvi stend)
Nailiyyətləri: İdman ustası, dəfələrlə Azərbaycan çempionu, Azərbaycan çempionatının rekordçusu, Avropa kubokunun bürünc mükafatçısı, Beynəlxalq turnirlərin qalibi və mükafatçısı, dünya və Avropa çempionatlarının iştirakçısı.
Paşa Əhədpur
Növ: stend atıcılığı (dairəvi stend)
Nailiyyətləri: idman ustası, Dünya və Avropa çempionatlarının, Heydər Əliyev adına Beynəlxalq Qran-Pri turnirinin iştirakçısı
Nurlana Cəfərova
Növ: stend atıcılığı (dairəvi stend)
Nailiyyətləri: idman ustası, Azərbaycan çempionatının gümüş mükafatçısı, Azərbaycan çempionatının rekordçusu, Avropa kubokunun bürünc mükafatçısı, beynəlxalq turnirlərin qalibi və mükafatçısı, dünya və Avropa çempionatlarının
iştrakçısı, Dünya Kubokunun finalçısı (5-ci yer).
Alina Rafikxanova
Növ: stend atıcılığı (səngər stend)
Nailiyyətləri: idman ustası, Dünya və Avropa çempionatının, Heydər Əliyev adına Beynəlxalq Qran-Pri turnirinin iştirakçısı, qadınlar arasında Azərbaycan rekordçusu.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah