Avropa Oyunlarının 1-ci günü
Sinxron üzgüçülük üzrə Belarus idmançıları Hanna Şulhina və Dominika Tsiplakova dueti idman tarixinə yeni səhifə yazdılar. Azerisport.az xəbər verir ki, onlar Bakı 2015-də sərbəst yarışların ilkin mərhələsində çıxış etməklə oyunlara start vermiş oldular.
17 yaşlı rusiyalı idmançı, ikiqat dünya çempionu Anisiya Neborako Bakı Su İdmanı Mərkəzində komanda tərkibində üç medal uğrunda günorta keçiriləcək yarışlara başlayıb.
Bu gün keçirilən digər yarışlardan fərqli olaraq, su polosu yeganə idman növüdür ki, burada ilkin yarış mərhələsinin 1-ci raundunda 12 qadın komandası yarışacaq. Qadınlar Voterpol Arenasında mübarizəyə başlayıblar.
İlk Avropa Oyunlarında su polosu üzrə yarış 17 yaşlı idmançılar arasında Avropa Çempionatından daha mötəbər olduğuna görə, Bakıda qızıl medala sahib olmaq gənc idmançılar üçün böyük stimul yaradır.
Bütün avropalıların diqqəti 12 iyun - bu gün axşam keçiriləcək Bakı 2015 Avropa Oyunlarının möhtəşəm Açılış Mərasiminə yönəlib.
Açılış Mərasiminin təfərrüatları haqqında məlumat sirr olaraq saxlanılır. Lakin bəllidir ki, 2000 nəfər bu axşam hər kəsə inanılmaz şou nümayiş etdirəcək.
Şou təşkilatçıları əmin edirlər ki, Açılış Mərasimi ilk Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycanın mədəniyyətini özündə təcəssüm etdirən möhtəşəm idman bayramı olacaq.