BOK prezidenti Açılış Mərasiminə qatılmaq üçün Bakıya gəlib
12 iyun 2015 16:45

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax birinci Avropa Oyunlarının Açılış Mərasimində iştirak etmək üçün iyunun 11-də Azərbaycana gəlib. Azerisport.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Tomas Bax və xanımı Klaudianı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, həmçinin Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.
İlk Avropa Oyunlarının Açılış Mərasimi iyunun 12-də Olimpiya Stadionunda baş tutacaq.