AO-2015: ilk gün Elman, Rəsul, Rafiq və Orxan mübarizə aparacaq
Tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunları çərçivəsində güləş yarışları 13-18 iyun 2015-ci il tarixdə Heydər Əliyev adına İdman Sarayında baş tutacaq. Azerisport.az xəbər verir ki, “Bakı-2015”in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. İyunun 15-16-da qadın güləşçilər, 17-18- iyunda isə sərbəst güləşçilər yarışacaq.
İyunun 13-də 59, 71, 80 və 98 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparacaq. Artıq ilk gün mübarizə aparacaq güləşçilərin çəki prosesi baş tutub və püşkatma keçirilib.
59 kq
1/8 final - Elman Muxtarov - Gizo Meladze (GEO)
71 kq
1/8 final - Rəsul Çunayev - Daniel Kataraqa (MDA)
80 kq
1/8 final - Rafiq Hüseynov - Mixael Vaqner (AUT)
98 kq
1/16 final - Orxan Nuriyev - Teodoros Tunisidis (SWE)
İlk görüşlər Bakı vaxtı ilə saat 10:00-da başlayacaq.
Bütün azarkeşləri Heydər Əliyev adına İdman Sarayına dəvət edir, güləşçilərimizə dəstək olmağa çağırırıq.