Yığmamızın üzvləri MyBrands brendləri ilə
12 iyun 2015 18:15

Bildiyiniz kimi, bu gündən etibarən Azərbaycanda ilk Avropa oyunları start götürüb. Azerisport.az xəbər verir ki, bir çox idman növü üzrə keçiriləcək bu oyunlarda Azərbaycanı təmsil edəcək bir idman növü də çimərlik futbolu olacaq.
Oyunlar yeni tikilmiş “Çimərlik Arena”sında keçiriləcək. 24-28 iyun tarixlərində keçiriləcək oyunlarda 1 medal dəsti üzrə 96 idmançı iştirak edəcək. Çimərlik millisinin oyunçularından Vaqif Şirinbayev və Orxan Məmmədov MyBrands mağazalar şəbəkəsindən Icberg, Hackett London və Adidas brendləri ilə gündəlik həyat tərzlərində görüntüləniblər.
Oyun cədvəli
24 İyun, 20:30. Ukrayna – Azərbaycan
25 İyun, 20:30. Azərbaycan - İsveçrə
26 İyun, 20:30. Azərbaycan – Portuqaliya
27 İyun. Yarımfinal
28 İyun. Final